Parlamentin qanunvericilik işləri planı qəbul edildi

Milli Məclisin 2022-ci il Payız sessiyasının Milli Məclisin 2022-ci il Payız sessiyasının qanunvericilik işləri planı qəbul edilib. "Olaylar" xəbər verir ki, bununla bağlı layihə parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. Qanunvericilik işləri planına 10 məsələ daxil edilib:

1. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri;

2. Azərbaycan Respublikasının dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri;

3. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin tövsiyələri nəticəsində hazırlanmış qanun layihələri;

4. "Hərbi qulluqçuların statusu haqqında" qanun layihəsi;

5. "Qiymətləndirmə fəaliyyəti haqqında" qanun layihəsi;

6. "Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında" qanun layihəsi;

7. "Dövlət-özəl sektor tərəfdaşlığı haqqında" qanun layihəsi;

8. "Ali təhsil haqqında" qanun layihəsi;

9. "Qeyri-maddi mədəni irsin qorunması haqqında" qanun layihəsi;

10. Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi haqqında qanun layihələri.

Layihə səsə qoyularaq, qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31