Kreml saatını Eyfel qülləsinə dəyişən nankor Ermənistan - ÖZƏL

İrəvan gündə bir kişi dəyişən arvad timsalında

Öz məkirli siyasətləri, qonşuları ilə dinc, mehriban zəmində yaşamaq kimi sivil münasibətlərdən uzaq olan Ermənistan tarixən etdikləri bu kimi neqativ hərəkətlərə görə gündə bir kişi dəyişən arvadlar kimi qucaqdan-qucağa keçib. Müstəqilliyin ilk illərindən 44 günlük Vətən müharibəsinə qədər Rusiyanın qucağında oturan, Kremlin icazəsi olmadan heç bir müstəqil addım ata bilməyən, hətta zamanını Kremlin saatına uyğunlaşdıran Ermənistan indi də Eyfel qülləsində özünə qərar tapıb. Bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyanın Fransaya səfəri və Parisdən Makronla ağız=ağıza verib Azərbaycan əleyhinə sərsəm bəyanatlar səsləndirməsi fonunda qeyd etdiyimiz tendeniya aydın görünürdü.

Əslində ssenari əvvəlkilərdən fərqlənmirdi. Əvvəllər bir qayda olaraq erməni rəsmilər, son konstitusiya dəyişikliyinə qədər prezidentlər Kremlə gedib qayıdan kimi cəbhə xəttində vəziyyəti gərginləşdirir, ərazilərimizi atəşə tuturdularsa, indi Paşinyan Eyfel qülləsindən İrəvana enər-enməz sərhəddə erməni silahları yenidən işə düşdü və düşmən yeni təxribata əl atdı. İki gün əvvəl baş verən təxribat və bir əsgərimizin düşmən gülləsinə tuş gələrək yaralanması da Nikola Parisdə barıtın çox vurulduğundan xəbər verir. Bir sözlə görünən odur ki, hazırkı vəziyyətdə Ermənistan Qərbin, rəsmi Parisin təkidi ilə yeni müharibəyə sürüklənir. Hindistandan alının və təxminən 280 milyon dollar məbləğdə hesablanan hərbi texnika, fars-molla rejiminin işğalçı ölkəyə dronlar verməsi, bütün bunların fonunda sərhədə yenidən erməni hərbi texnikasının cəmləşməsi ondan xəbər verir ki, Ermənistan ciddi cəhdlə yeni bir müharibəyə hazırlaşır. Elə işğalçı ölkənin Baş Qərargah rəisinin müavininin son açıqlaması da deyilənləri təsdiqləyir.  Siyasi ekspert Çingiz Şahbazi deyir ki, Birləşmiş Ştatlar və Fransanın son vaxtlar verdiyi dəstəkdən dolayı, Ermənistan hakimiyyəti üzünü Qərbə çevirdi.  Onun sözlərinə görə, bu siyasət bir daha sübut etdi ki, erməni xalqı tez dəyişkən və nankor xalqdır: "Hər kəsə məlumdur ki, Rusiya bütün dönəmlərdə erməniləri dəstəkləməsinə baxmayaraq, Ermənistan onu indiki  vəziyyətində Qərbə qəpik quruşa satdı. Həmçinin son günlərdə İranda baş verənlər, İran rejiminin sonunu göstərməkdədir və indi də bizə qarşı İranla bağlı nə qədər bildikləri məlumatlar var, açıb danışırlar. Doğrudan da bu xalqın içində bir normal düşünən siyasətçi yoxdur?". Ekspert bir məqama da diqqət çəkib. Onun sözlərinə görə, Ermənistanın sabiq prezidentləri Petrasyan və Köçəryanın bir neçə gün öncə verdiyi müsahibələr bizə əsas verir deyək ki, orada da xalqın gələcəyini düşünən siyasətçilər yox deyil: "Əslində hakimiyyətdə olan Paşinyan da hər şeyi başa düşür, amma kənar güclərin təsiri ona heç cür imkan vermir ki, ciddi siyasət həyata keçirə bilsin. Kənar güclər isə nədənsə, eyni problemləri yaşayan Gürcüstana, Moldovaya və Ukraynaya  göstərdiyi münasibəti və siyasəti Azərbaycana qarşı göstərmək istəmir. Əksinə sülhə tərəf bir addım atmaq istəyən Ermənistanı yenidən üzərimizə qaldırmağa hazırlayır. Bu da öz növbəsində  müharibənin davam edəcəyi təsuratı yaradır və hər iki ölkəni, sülhə yaxınlaşmasını əngəlləyərək, əksinə daha da ciddi, ağır savaşa əl atmaq məcburiyyətində qoyur".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31