Prezident Sofiyada naməlum əsgərin məzarını ziyarət etdi
30 Sentyabr 2022 12:42 SiyasətSentyabrın 30-da rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sofiyanın Aleksandr Nevski meydanında naməlum əsgərin məzarını ziyarət edib.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyev naməlum əsgərin məzarı önünə əklil qoydu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31