Milli Məclis Vətən müharibəsinin ildönümü ilə bağlı bəyanat verəcək

Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar Milli Məclis bəyanat verəcək.

Olaylar.az xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, 2020-ci ilin sentyabrın 27-də başlanan 44 günlük müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz qəhrəmanlıq tarixində yeni şanlı səhifə yazdı.

"Şanlı ordumuz taleyüklü məsələni həll etdi, Azərbaycan torpaqlarının 30 illik işğalına son qoydu, erməni faşizminə sarsıdıcı zərbə vurdu", - spiker deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31