İran etdiyi haqsızlıqların bədəlini ödəyir - ÖZƏL

Artıq on günə yaxındır ki, cənub qonşumuz daxili ictimai-siyasi gərginlik girdabında boğulur. Məlum baş örtüyü problemindən doğan və bu gün də demək olar ki, bütün ölkə böyunu əhatə edən etiraz aksiyalarını fars rejiminin təhlükəsizlik qüvvələri də önləmək gücündə deyil. Çünki artıq İslam Respublikasında yaşayan hər bir vətəndaş, hər bir xalqın nümayəndəsi Tehranın insanlığa, dinə, ədalətə zidd davranışlarından bezib, bu rejimi tarixin arxivinə göndərmək arzusundadır.

Etiraz aksiyalarının bütün İranı əhatə etməsi xalqın tezliklə bu rejimi devirəcəyinə əminlik yaradıb. Onu da qeyd etmək lazımdır ki, İranda hakimiyyət dəyişikliyi məsələsində xarici amillər də yox deyil. Daha dəqiq desək xarici dairələr də hazırkı situasiyada daxili qüvvələrin mövqeyini dəstəkləyir. Yəni, xalqın fars rejimini tarixin arxivinə göndərməsini İranın yaxın və uzaq qonşuları da istəyir. Təbii ki, bir istisna var. O da Ermənistandır.

Bəs, İranda hakimiyyət dəyişikliyi, fars-molla rejiminin devrilməsi xarici amillər üçün nədən maraqlıdır? Daxili başa düşmək olar. Rejim maksimum dərəcədə xalqı, əsas etibarilə İranın Güneyində yaşayan 40 milyon soydaşımızı haqq və hüquqlardan, öz ana dilində danışmaqdan, ən adi insan haqlarından belə məhrum edib. Onlara ikinci sort vətəndaş kimi baxır. Eləcə də eyni münasibət bu rejimin idarəçiliyi altında yaşayan digər türk xalqlarına da sərgilənir. Ona görə də xalq artıq bu idarəçilikdən bezib və yeni bir üsul-idarəetmə istəyir.

Xarici amillərin İranda hakimiyyət dəyişikliyində maraqlı olması da başadüşüləndir. Çünki Tehran yaxın-uzaq qonşularına bir qayda olaraq terrorizm, din pərdəsi adı altında xurafat, cahillik, anarxiya ixrac edir. Hər vasitə ilə ayrı-ayrı ölkələrə ixrac etdiyi din terrorçuları ilə həmin ölkələrdə ictimai-siyasi sabitliyi pozmağa, gərginlik yaratmağa çalışır. Biz bunu Azərbaycanın timsalında daha açıq şəkildə görmüşük. Baxmayaraq ki, İran hər zaman müsəlman həmrəyliyi, din təəssübkeşliyindən danışıb, ancaq Ermənistanın ərazilərimizə hücumu zamanı İran İslamı, müsəlmanlığı bir kənara qoyub öz mahiyyətinə uyğun terrorizm və işğalçılıq həyata keçirən Ermənistanı dəstəklədi. Paralel olaraq 30 ilə yaxın müddətdə İran Ermənistana blokadadan çıxmaq üçün bütün dəstəyi nümayiş etdirdi. Bir növ ona nəfəslik verdi.

İkinci Qarabağ müharibəsində də İran eyni rolu oynadı. Azərbaycan qarşısında məğlub duruma düşən Ermənistanı utanmadan, açıq şəkildə silah-sursatla təmin etdi.  Eyni zamanda həyasızcasına müharibə günlərində Allahın Erməniustana yardımçı olması ilə bağlı dualar edildi. Lakin nə İranın duası, nə də onun Ermənistana verdiyi PUA-sı İrəvana kömək ola bilmədi. Bu gün də İran hər vasitə ilə Ermənistanı yenidən Azərbaycana qarşı tətikləməyə, onu Qarabağda münaqişəni alovlandırmağa sürükləyir.

Fars-molla rejiminin eyni münasibəti, düşmən mövqeyi qardaş Türkiyəyə, özünə sərf edən zaman müttəfiq kimi davranan Rusiyaya qarşı da sərgilənir. Bu səbəbdən daxili amillərlə yanaşı, xarici amillər də fars-molla rejiminin getməsinə maraqlıdır.

Göründüyü kimi, İran indiyə qədər həm öz vətəndaşları, həm də yaxın-uzaq qonşularına qarşı etdiyi haqsızlıqların bədəlini ödəyir.

Süleyman  İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31