Ermənistan-Azərbaycan sərhəddinə yaxın bölgələrdən keçən boru və kommunikasiya xəttlərimizə həmişə təhlükə olacaq - ÖZƏL
29 Sentyabr 2022 11:24 Siyasət"Hər bir ölkə öz başının çarəsinə özü qalmalıdır. Azərbaycan öz həyati əhəmiyyətli infrastruktur və kommunikasiya xəttlərinin daha da ciddi qorunması məsələsini həll etməli, bunun üçün Türkiyə, Britaniya və İsrail ilə hava məkanımızın tamamən xarici müdaxilələrə bağlanması, yerüstü təhlükəsizlik tədbirlərinin artırılması, boru xəttləri boyu Türkiyə ilə birgə təhlükəsizlik nəzarətinin gücləndirilməsi, boru xəttləri boyu birgə nəzarət məntəqələrinin yaradılması ilə bağlı qərarlar alınmalıdır".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri REAL Partiyasının sədr müavini Natiq Cəfərli səsləndirib. Onun sözlərinə görə, nə qədər ki, Rusiya Ermənistanda həlledici söz sahibidir, Ermənistan-Azərbaycan sərhəddinə yaxın bölgələrdən keçən boru və kommunikasiya xəttlərimizə həmişə təhlükə olacaq:
"2020-ci ilin yayında Tovuz təxribatı bunun əyani sübutudur".