Yeganə yolumuz birlik, bütövlük və Vahid Azərbaycan bayrağının dalğalanmasıdır - ÖZƏL
28 Sentyabr 2022 15:15 Siyasət"Son günlər İran adlanan ölkədə baş verən hadisələr Azərbaycanda diqqətlə izlənməkdədir. Bu ölkədə bir xanımın baş örtüsü səbəbindən öldürülməsi və bundan sonra İranda baş verən genişmiqyaslı etiraz aksiyaları hər kəsi düşündürməkdədir. Çünki İranda yaşayan bütün xalqlar bu rejimdən əziyyət çəkir və İslam bayrağı altında fars-molla rejimi insanların bütün hüquqlarını əllərindən alır". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Bütöv Azərbaycan Ocaqları (BAO) başqanının Türk Dünyası ilə əlaqələr üzrə müavini, dosent Faiq Ələkbərli səsləndirib. O qeyd edib ki, Azərbaycanın Güneyində yaşayan soydaşlarımız da uzun illərdir fars rejiminin təqib və təzyiqıləri ilə üzləşib: "Bu rejim nəinki İslam dini, eyni zamanda insanlığa zidd addımlar atmaqdadırlar. İran adlanan rejimdə baş verən son proseslər və rejimin insanlara qarşı amansız davranışı bunu bir daha təsdiq etdi".
Faiq Ələkbərli deyib ki, artıq biz öz milli varlığımızı ortaya qoymalı və Güneydəki soydaşlarımıza dəstək verilməlidir: "Mücadiləmiz davam edir və hesab edirəm ki, bu rejim artıq yaşaya bilməyəcək. Çünki bu rejimin mahiyyəti çürükdür, o yaşamayacaq". Faiq Əlıkbərli sonda onu da deyib ki, yeganə yolumuz birlik, bütövlük və Vahid Azərbaycan bayrağının dalğalanmasıdır. Artıq bizim üçün başqa yol yoxdur". BAO rəsmisi əmin olduğunu bildirib ki, yaxın vaxtlarda İranda yeni bir başlanğıcın şahidi olacağıq.