Sülh müqaviləsində Ermənistanın qeyri-konstruktiv şərtləri
28 Sentyabr 2022 14:08 Siyasət"ABŞ, Azərbaycan və Ermənistan arasında vasitəçilik missiyasına başlayıb. Prosesi sülh müqaviləsinin imzalanması ilə sonlandırmağa çalışır. ABŞ Dövlət departamenti Prezidentin köməkçisi Hikmət Hacıyevlə Ermənistan Təhlükəsizlik şurasının katibi A. Qriqoryanla görüşünü təşkil edib. Bundan əvvəl, xarici işlər nazirlərinin görüşünü təşkil etmişdir. Görünür, Bakı və Yerevan arasında Brüssel formati və Moskvanın vasitəçiliyi arxana plana keçirir". Bunu "Olaylar"a deyən politoloq Məhəmməd Əsədullazadə qedib ki, belə bir diplomatik danışıqlar ABŞ-ın Azərbaycana qarşı təzyiqlərini neytrallaşdıracaq: "Müəyyən qədər neytral siyasət ortaya qoyacaq. Vaşinqtonun iki dövlət arasında sülh müqaviləsinin bağlanmasi istiqamətində səyləri qısa müsbət nəticə verməyəcək. Vaşinqton vasitəçiliyi Rusiyanın Ukraynada məğlub olması fonunda aktivləşib. Rusiyanın buna münasibəti sərt olacaq. Ermənistana qarşı Moskva təzyiqlərə başlayacaq. Qeyd edim ki, Ermənistanın eks-prezidenti Levon Ter Petrosyan Azərbaycanla sülhün zəruriliyini vurğulayır və N. Paşinyana bu istiqamətdə kömək edir. Vaşinqton amma, Azərbaycana təzyiqləri fonunda sülh müqaviləsinin bağlanmasını tələb edərsə, bu alınmayacaq. Çünki Ermənistanın qeyri-konstruktiv şərtləri var. ABŞ bu şərtlərlə getsə, müsbət nəticə olmayacaq".