Tramp: “Ukraynadakı hadisələr Tayvanda da təkrarlana bilər”
28 Sentyabr 2022 13:01 Siyasət"Dünya bəlkə də tarixin ən təhlükəli dövrünü yaşayır".
Olaylar.az Oxu.az-a istinadən xəbər verir ki, "TASS"-ın məlumatına görə, bu fikri ABŞ-ın keçmiş prezidenti Donald Tramp WABC radiostansiyasının efirində deyib.
"Ukraynada baş verən bütün dəhşətli hadisələr Çində, Tayvanda da təkrarlana bilər", - deyə o qeyd edib.
"Ukraynada bu hadisələr heç vaxt baş verməməli idi. İndi də nüvə silahları müzakirə olunur. Bunlar ən təhlükəli şeylərdir", - deyə Tramp əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31