Fransa və Ermənistan müdafiə nazirləri görüşüb
28 Sentyabr 2022 11:28 SiyasətFransanın müdafiə naziri Sebastyan Lekornü və Ermənistanın müdafiə naziri Suren Papikyan Parisdə görüşüb.Olaylar.az xəbər verir ki, məlumatı Fransa Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. Bildirilib ki, nazirlər Azərbaycanla Ermənistan arasındakı sərhədyanı ərazilərdə vəziyyəti müzakirə ediblər. Fransalı nazir həmin bölgədə vəziyyəti dəyərləndirmək üçün tezliklə Ermənistana nümayəndə göndəriləcəyini qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31