“Ölkənin müstəqil, daxili və xarici siyasəti hələ tam formalaşmamışdı”
6 İyun 2022 16:16 SiyasətOlaylar.az-a 1993-cü il 4 iyun Gəncə hadisələri ilə bağlı açıqlama verən "Bakı-Xəbər" qəzetinin baş redaktoru, politoloq Aydın Quliyev bildirir ki, 1993-cu ilin iyun hadisələri bütünlüklə müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda nə qədər böyük çətinliklərdən keçdiyini bir daha sübut edən faktdır. Təkcə belə bir mənzərəni təsəvvürə gətirmək mümkündür ki, 1993-cü ilin iyun ayında ölkənin zəif, milli demokratik hakimiyyəti ilə üz-üzə qarşıdurmada daxildəki dağıdıcı qüvvələr qalib gəlirdilər və bundan sonra müstəqil Azərbaycan dövlətçiliyinin sonrakı taleyinin necə olacağı barədə düşünmək belə çətin və dəhşətlidir.
" Ona görə də, 1993-cü ilin iyun hadisələri Azərbaycan xalqının xoşbəxtliyi üzündən, bizim müstəqil dövlətçiliyimiz üçün dağıdıcı planlara malik olan qüvvələrin ssenarilərini büsbütün məhv etdisə, bu doğurdan da Azərbaycan xalqının xoşbəxtliyi idi.1993-cü ilin iyun ərəfəsində Azərbaycanda milli hakimiyyətin təcrübəsizliyi də bir fakt idi. Ölkənin bir dövlət olaraq müstəqil, daxili və xarici siyasəti hələ tam formalaşmamışdı. Daxildə də , xaricdə də siyasət hesablanmış konsepsiyalara yox, daha çox üstün şəkildə vətənpərvər patriot şüarlara söykənirdi. Daxildə və xaricdə dövlətimizin inkişafına maneəçilik törədən və onu dayandırmağa çalışan şəbəkələr tam şəkildə fəaliyyət göstəribdir. Cəmiyyət özü birmənalı şəkildə hələ müstəqil dövlətçilik və onun yaşamağa qadirliyi fikiri üstündə köklənməmişdi. Əhalinin müəyyən bir hissəsi dövlətimizin müstəqil şəkildə yaşamaqda davam edəcəyinə inandığı halda bu prespektivə inanmayan kəsim var idi. Belə bir şəraitdə həm cəmiyyətin, müstəqil dövlətçiliyimizin gələcəyinə tam şəkildə inanması, həm cəmiyyətimizin müstəqil dövlətçilik yolunda meydana çıxan maneələri aradan qaldırmaq gücündə və qabiliyyətində olmaması, həm də bütün cəmiyyətimizin istiqlalçı qüvvələrini bir araya gətirmək üçün mövcud hakimiyyətin bir nömrəli daxili, siyasi gücə çevrilə bilməməsi o zaman ki, ciddi problemlər idi və belə şəraitdə ölkəmizin müstəqil dövlət olaraq gələcəyi doğurdan da sual altında idi. 1993-cü ilin iyununda Azərbaycan dövlətinin müstəqil inkişafını dayandırmaq və onu xalqın tarixi arzularına zidd olan istiqamətlərə yönəltmək istəyən qüvvələr və onların ssenarisi məhz Heydər Əliyevin hakimiyyətə dəvət olunması ilə puça çıxarıldı və bu ssenarilər dağıdıldı. Həqiqətən o qüvvələr bəlkə də Heydər Əliyevin hakimiyyətə gələ biləcəyini hesablamamışdılar. Onlar bütün planları məhz Heydər Əliyevin olmadığı və yaxud həlledici siyasi bir rol oynuya bilmiyəcəyi siyasi müstəvi üçün hesablanmışdılar. Bəlkə də bu onların ən böyük yalnışı, amma Azərbaycan xalqının xoşbəxtliyinə və gələcəyinə işləyən bir yalnışı oldu. Nəticədə Azərbaycan cəmiyyətinin sağlam kəsimi qarşını daha çox görməyi bacaran siyasi qüvvələrin fəhmi və Heydər Əliyevin özünün Azərbaycanda dövlətin və milli mənafelərin onun hakimiyyət roluna hiss etdiyi ehtiyaca lazımi dəyəri verə bilməsi və bu həssaslığı göstərməsi doğurdan da proseslərin sonrakı gedişini dəyişdi. Bir yandan cəmiyyətimizin açıq şüarlarla çıxış edərək Heydər Əliyevi dəvət etməsi, bir yadan Heydər Əliyevin çevrəsində prosesləri dəyişmək üçün getdikcə təşkilatlanmağa başlayan müəyyən siyasi dairələr, bir yandan təzə-təzə yaranmaqda olan bizim milli siyasi medianın dəstəyi və digər tərəfdən isə o zaman hakimiyyətdə olan milli hakimiyyətin içindəki az sayıda da olsa vətənpərvər və proqmatik qüvvələrin dəstəyi nəticəsində Heydər Əliyevin Bakıya gəlməsi mümkün oldu. Heydər Əliyevin Bakıya gəlişi ilə xalqda sabah ümid işartıları yaranmağa başladı. Artıq Azərbaycan dövlətinin sahibi qayıdıb. Açıq deyək ki, Heydər Əliyevin o zaman azad Bakıya qayıdışı məhz xalq tərəfindən belə qiymətləndirilirdi ki, millətin sahibi gəldi, dövlətin sahibi gəldi. Çünki sovet dövründə hər şeyi nizam, intizam və bir xətt boyunca sabit görməyə adət etmiş cəmiyyətimiz birdən-birə hər cür ipin ucunun itirildiyini gördü. Ağız deyəni qulağın eşitmədiyi bir mühitə düşmüşdü və belə bir şəraitdə həm dövlətimizin qurulması naminə nizama, intizama olan çox ciddi tələbat xalqımızı belə bir düşüncəyə gətirib çıxarmasına səbəb olmuşdu, həm də xalqın özü məhz rahat və stabil şəraitdə müstəqil dövlətin, dövlətçiliyin əsaslarını yaratmaq üçün belə bir addıma dəstək verdi. Beləliklə, Heydər Əliyevin hakimiyyətə Bakıya gəlməsi o zaman Azərbaycan xalqının həqiqətən böyük hissəsinin iradəsinə uyğun idi. Mövcud hakimiyyətin özünün daxilində az-çox mövcud olan proqmatik düşüncəli şəxslərin fikir və düşüncələrinə uyğun idi, həm də Azərbaycanın müstəqil dövlətinin gələcək möhkəmləndirilməsi perspektivləri üçün olduqca vacib idi. Sonradan tarixdə göstərdi ki, məhz 1993-cü ilin iyun ayından başlayan proseslər Azərbaycanın həm daxili siyasətinin özünə məxsus bir modelinin yaranmasına gətirib çıxardı, həm iqtisadi modelinin yaranmasına səbəb oldu, həm ölkəmizin təbii sərvətlərinin dünya bazarların çıxarılması nəticəsində dövlətimiz üçün olduqca vacib olan böyük maliyyə ehtiyatlarının yaradılmasına səbəb oldu , həm ordu quruculuğunda yeni bir mərhələdən aşdı, həm də dünya siyasətində Azərbaycanı çox çətin minaların arasında rahat şəkildə hərəkət etməyə imkan verən hir xəttin yaranmağına səbəb oldu. Ona görə də 1993-cu ilin iyun hadisələrini , həqiqətən Azərbaycanın müstəqil dövlətçiliyinin tarixindən çox əhəmiyyətli, həmişə müraciət olunası və dönə-dönə təhlil ediləsi bir hadisə kimi baxmaq lazımdır"
Mehriban Xəlilli