Azərbaycan və Qazaxıstan XİN başçıları telefonla danışdı
25 May 2022 14:31 SiyasətAzərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Qazaxıstan xarici işlər naziri Muxtar Tleuberdı arasında telefon danışığı baş tutub. Bu barədə "Olaylar"a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirlər iki ölkə arasında mövcud olan geniş ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıblar. Eyni zamanda çoxtərəfli platformalarda əməkdaşlıq məsələləri müzakirə edilib.Nazirlər regional məsələlər, xüsusilə iqtisadi, nəqliyyat və logistika sahələrində əməkdaşlıq haqqında fikir mübadiləsi aparıblar.Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31