Tarixin ən yüksək zirvəsində olan Türkiyə-Azərbaycan münasibətləri

Dərin tarixi köklərə malik olan Türkiyə-Azərbaycan əlaqələri hər ötən gün özünün yeni bir inkişaf mərhələsinə qədəm qoyaraq dünya üçün nümunəvi dostluq-qardaşlıq münasibətlərinə çevrilir. Təsadüfi deyil ki, bu gün dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın, strateji müttəfiq dost-qardaş ölan ikinci bir ölkələr yoxdur. Ancaq onu da etiraf etmək lazımdır ki, bu dostluq-qardaşlıq münasibətləri heç də asanlıqla başa gəlməyib. Yaxın tariximizin sınaqlarından uğurla keçərək bu münasibətlər formalaşıb, bu günkü səviyyəyə gəlib çatıb. Zaman-zaman həm Türkiyə, həm də Azərbaycanın daxilində olan müəyyən qüvvələr, eləcə də xaricdəki bəlli dairələr Ankara-Bakı münasibətlərinə zərbə vurmağa çalışmış, iki dost-qardaş ölkə arasında nifaq toxumu səpməyə cəhd göstərmişdilər. Necə ki, Birinci Qarabağ müharibəsində rəsmi Bakının erməni təcavüzündən, vəhşiliyindən azad olmaq üçün Qarabağdakı vətəndaşlarını Bakıya gətirmək məqsədilə Ankaradan vertolyot istəyi tələbinə müsbət cavab verilmədiyi kimi. Baxmayaraq ki, həmin vaxt 70  milyonluq Türk qardaşlarımızın ürəyi Azərbaycanla döyünür, Qarabağda gedən döyüşləri ürək ağrısı ilə izləıyir, Azərbaycana hansısa formada dəstək olamağ çalışırdı. Eyni zamanda müəyyən qeyri-hökumət təşkilatları xətti ilə qaçqın və məcburi köçkün qardaşlarına humanitar yardım da çatdırılırdı. Lakin Ankaradan Bakıya vertolyot verilməsi kimi bir qədər irimiqyaslı gedişlər etməyə açıq desək o zamankı Türkiyə hökuməti ehtiyat edirdi. Bu bir tərəfdən Türkiyənin həmin illərfdə günümüzdə olduğu qədər güclü, dünyada söz sahibinə çevrilməməsi ilə bağlı idisə, digər tərəfdən həmin illərdə Türkiyəyə rəhbərlik edən hokumətlərin Qərbin təsir altında olması ilə əlaqədar idi. Ona görə də mərhum prezident Əbülfəz Elçibəyin dediyi kimi vaxtı ilə Türkiyə hökuməti Azərbaycana erməni təcavüzü ilə üzləşən soydaşlarımızı atəş altından çıxarmaq üçün 4 vertolyot verə bilmədi. Qeyd edək ki, bu günlərdə Türkiyənin keçmiş baş naziri Binəli Yıldırım Türkiyə-Azərbaycan münasibətlərinin hazırkı durumundan danışarkən yaxın tarixdə baş verən məlum olaya diqqət çəkib. Binəli Yıldırım qeyd edib ki, vaxtilə  Əbülfəz Elçibəy dörd vertolyot istədi, Türkiyə onları verə bilmədi: "Bu gün isə Preizdent Ərdoğan deyə bildi ki, "Qarabağ sizin haqq işinizdir". Ərdoğan deyə bildi ki, sizin sizin başınıza gətirilənlər, bizim də başımıza gətirilib. Biz sizin yanınızdayıq. O. Bu mesajı bütün dünyaya göndərə bildi".

Həqiqətən də İkinci Qarabağ müharibəsində qardaş Türkiyədə 7-dən 70-ə hər kəs Azərbaycanın yanında yer aldı. Azərbaycana siyasi dəstəyə görə 44 günlük Vətən müharibəsində beynəlxalq təzyiqlərlə üzləşməsinə baxmayaraq Türkiyə hökuməti, Türkiyə xalqı başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla Azərbaycanın haqq davasında bizi meydanda tək buraxmadı. Çünki bu günkü Türkiyə 90-ların Türkiyəsi deyil, bu günkü Türkiyəyə 90-larda Qərbdən, Avropadan asılı olan siyasilər rəhbərlik etmir. Bu günkü Türkiyəyə dünya miqyasında qətiyyətli lider kimi tanınan Rəcəb Tayyib Ərdoğan rəhbərlik edir. Ona görə də Vətən müharibəsində rəsmi Ankara heç bir beynəlxalq təzyiq və təpkilərdən səkinməyərək bir addım da geri atmadı və sona qədər İkinci Qarabağ müharibəsinə siyasi dəstəyini verdi. Necə ki, Qarabağda 44 gün davam edən Vətən nüharibəsi, igid oğul və qızlarımızın şəhid olmasını böyük üzüntü, acı içərisində izlədi, eləcə də tarixi Zəfərimizi sevinclə, qürur və fərəhlə qarşılayaraq sonsuza qədər Azərbaycanın yanında olduğunu isbatladı Türk qardaşlarımız, Cənab Prezident Rəcəb Tayyib Ərdoğan.

Günümüzdə Türkiyə-Azərbaycan münasibətləri tarixin ən yüksək zirvəsindədir. Bu bir reallıqdır ki, tarix boyu Türkiyə və Azərbaycan heç vaxt bu qədər bir birinə yaxın olmayıb. Bu gün tarixi, mədəniyyət və digər əsaslarla yanaşı, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayib Ərdoğanın yürütdüyü siyasət iki qardaş ölkə arasında münasibətlərin ən yüksək zirvəyə qalxmasını şərtləndirən əsas amillərdən biridir. Bu siyasət də öz növbəsində Türkiyə-Azərbaycan dostluq-qardaşlığının daha da möhkəmlənməsində yol açır, bu birliyi, bərabərliyi gücləndirir.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31