“Ermənistanın hərbi-siyasi rəhbərliyi törədilən hər bir cinayətə görə məsuliyyətə cəlb olunmalıdır”- İlyas Hüseynov

Ulu öndər Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.

Olaylar.az-a 31 mart soyqırımı ilə bağlı açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, məhz türk müsəlman əhalisinin etnik kimliyinə görə ermənilər və bolşeviklər tərəfindən qətlə yetirilməsi, siyasi məqsədlər daşımaqla  yanaşı, həm də ərazi iddiaları müstəvisində dəyərləndirlməlidir. Həmin dövrdə tarixi şəraitdən istifadə edən ermənilər ölkənin bütün ərazisində kütləvi şəkildə azərbaycanlıları öldürürdülər. Bu xüsusda həyata keçirilən fəaliyyət, eyni zamanda ermənilərin Azərbaycana qarşı məkrli siyasətinidə özündə əks etdirirdi. Önəmli məsələ məhz həmin dövrdə olan tarixi hadisələrin, həm də soyqırım hadisələri ilə bağlı istintaq komitəsinin materiallarının dünya ictimaiyyətində təbliğidir. Hazırda biz uydurma məlumatlar, saxta faktlar əsasında dırnaqarası erməni soyqırımının geniş şəkildə təbliğ edildiyini görürük. Lakin, həqiqətən və baş vermiş hadisələr əsasında soyqırım materiallarının dünyada tanıdılması mühüm kəsb edir. Digər önəmli məsələ bundan ibarətdir ki, XX əsrin əvvəllərində baş vermiş hadisələr, həm də XX əsrin sonlarında erməni millətçiləri, radikal birləşmələr, terrorçu xislətli şəxslər tərəfindən həyata keçirildi və Xocalı soyqırımının böyük faciə olduğunu da qeyd edə bilərik. Bəşəriyyət və insanlıq əleyhinə baş vermiş bu soyqırım və qətliam hadisələri ermənilərin azərbaycanlılara qarşı dözülməzliyindən irəli gəlir. Hazırda da Ermənistanın demoqrafik durumuna və etnik tərkibinə baxanda görürük ki, orada heç bir millət, heç bir xalq, toplum qala bilmir. Monoetnik dövlət olan Ermənistan bu cür vəziyyətdə qalmağı üstünlük hesab edir. Digər hansısa bir millət Ermənistan respublikasında qala bilmir, ölkəni tərk edir. Məhz ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım siyasəti bu gün də özünü açıq şəkildə büruzə verir. Kəlbəcərin Başlıbel, Xocavəndin Edilli kəndlərində tapılan kütləvi məzarlıqlardan sonra, Azərbaycan ordusunun apardığı qazıntılar sayəsində həm də Fərrux kəndində kütləvi məzarlıqlar, insan qalıqları tapılıb. Bu da onu göstərir ki, birinci Qarabağ müharibəsindən sonra  ermənilər öz cinayətkar əməllərini ört-basdır etmək üçün  kütləvi şəkildə azərbaycanlıları basdırdılar. Birinci Qarabağ müharibəsinin yekunları ilə bağlı dörd minə yaxın bizim vətəndaşımızın taleyi məlum deyil. Əsir düşmüş, girov götürülmüş şəxslərlə bağlı dövlət komissiyası da onların aqibətinin müəyyən edilməsi istiqamətində fəaliyyət göstərir. Onların fəaliyyəti, Azərbaycan ordusunun peşəkarlığı sayəsində kütləvi məzarlıqlar tapılır. 4 fevral 2022-ci ildə Avropa İttifaqı şurasının prezidenti Şarl Mişel, Fransa respublikasının prezidenti Emanuel, Makron Ermənistanın baş naziri Nikol Paşinyan, Azərbaycan respublikasının prezidenti  İlham Əliyev arasında keçirilmiş onlayn formatda görüşdə də dövlət başçısı məhz itkin düşmüş şəxslərin aqibəti, müəyyən edilməsi istiqamətində xüsusi çıxış etdi. Bir daha rəsmi Bakı tərəfindən müəyyən olundu ki, həmin şəxslərin taleyinin müəyyənləşdirilməsi rəsmi Bakının siyasi gündəmindədir.  1918-ci ilin 31 mart tarixində dünya azərbaycanlılarının soyqırıma məruz qalması və digər başımıza gələn fəlakətlərin kompleks şəkildə bütün dünya auditoriyasına çatdırılması, bu gün tapılan kütləvi məzarlıqlar haqqında məlumatın təbliği məhz erməni terrorunun ifşa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Tarixi kontekstdə olan hadisələrin bugünkü paralellikdə müqayisə edilməsi,  həm dəelmi-ictimaiyət qarşısında duran əsas vəzifədir. Azərbaycan alimləri bu sahəyə böyük diqqət ayrılmalı, tədqiqat işlərini genişləndirməli, onların nüfuzlu jurnallarda dərc olunmasına nail olmalıdırlar. Yalnız elmi müstəvidə konseptual əsaslarla aparılmış tədqiqat işləri Azərbaycan təbliğatına böyük tövhə verə bilər. Azərbaycanın bu sahədə geniş faktoloji bazası vardır. Əldə olunan məlumatları, faktları, arqumentləri, tarixi sənədləri, istintaq komitəsinin materiallarını  toplayaraq, geniş dünya ictimaiyyəti qarşısında çıxış etmək xüsusi əhəmiyyət daşıyır. Soyqırım memorial kompleks Qubada fəaliyyət göstərir. Bu gün də orada genişmiqyaslı tədbir həyata keçirilir. Bu kompleksin mahiyyəti və məzmunu dünya auditoriyası qarşısında müxtəlif materialların dərc edilməsi istiqamətində həyata keçirilməlidir. Məhz dünya azərbaycanlılarının başına gələn fəlakətlər, xalqımıza qarşı törədilən qırğınlar və soyqırım faktları bəşəriyyət və insanlıq əleyhinə cinayətlərdir. Ermənistanın hərbi-siyasi rəhbərliyi törədilən hər bir cinayət hadisəsinə görə məsuliyyətə cəlb olunmalıdır"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31