Britaniyanın Silahlı Qüvvələr naziri Şəhidlər Xiyabanını ziyarət edib - FOTO
30 Mart 2022 20:26 SiyasətAzərbaycanda səfərdə olan Böyük Britaniyanın Silahlı Qüvvələr naziri Ceyms Heppi bu gün Şəhidlər Xiyabanını ziyarət edib.
Olaylar.az bildirir ki, bu barədə Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp "Twitter"də bildirib.
Ceyms Heppi 20 Yanvar şəhidlərinin məzarları önünə qərənfil düzüb, şəhidlərin xatirəsini ehtiramla anıb.
"O şəhidlər Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda ediblər", - britaniyalı diplomat qeyd edib.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31