"ABŞ 2023-cü ildə bundan imtina etmək niyyətindədir" - Asif Nərimanlı
29 Mart 2022 23:51 Siyasət2022-ci ildə "humanitar layihələrə dəstək" adı ilə Qarabağa 2 milyon pul ayıran ABŞ 2023-cü ildə bundan imtina etmək niyyətindədir: Bayden Administrasiyası növbəti il üçün Konqresə təklif etdiyi büdcə layihəsinə Qarabağın adını daxil etməyib.
Olaylar.az xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı qeyd edib.
"Nəticə erməni diasporulobbisinin Konqresə nə qədər təsir edə biləcəyindən də asılı olacaq. Lakin Ağ Evin bu addımı okeanın o tayında da reallığın tədricən qəbul edilməsinin başlanğıcı hesab edilə bilər", - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31