Prezident İlham Əliyev “Tibbi sığorta haqqında” qanun imzalayıb

Prezident İlham Əliyev "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

Olaylar.az bildirir ki, sənədə əsasən, "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda 15-11.8-ci maddə aşağıdakı redaksiyada verilir:

"15-11.8. Bu Qanunun 15-10.1.7-ci maddəsində nəzərdə tutulan aksizli mallar üzrə sığorta haqqı həmin mallar vergi ödəyicisi tərəfindən istehsal edildikdə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 191.1-ci maddəsi ilə, idxal edildikdə isə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 191.3-cü maddəsi ilə müəyyən edilən vaxtda ödənilir.";

16-4.4-1-ci maddədə "2022-ci" sözləri "2023-cü" sözləri ilə əvəz edilir. Bu Qanunun 1.2-ci maddəsi 2022-ci il yanvarın 1-dən tətbiq edilir.

Beləliklə, Bu Qanunun müştərək maliyyələşmə məbləğinə aid hissələrində 15-28.3-cü və 15-28.4-cü maddələri 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcək. Həmin maddələrdə isə aşağıdakılar nəzərdə tutulur:

- İlkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə sığortaolunan müştərək maliyyələşmə məbləği ödəməlidir.

- Sığortaolunan icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə etmək məqsədilə yönləndirildiyi tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibb müəssisəsinə müraciət etdikdə müştərək maliyyələşmə məbləği ödəməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31