“Müharibə uzansa, ukraynalıların 90 faizi yoxsullaşacaq” – BMT
16 Mart 2022 10:43 SiyasətRusiyanın işğalı uzadılmış münaqişəyə çevrilərsə, Ukraynanın 44 milyonluq əhalisinin 30 faizi yoxsullu həddinə düşə, daha 62 faizi isə bir il ərzində yoxsullaşma riskilə üzləşə bilər.
Azpost.info bildirir ki, bu sözləri BMT-nin İnkişaf Proqramı (UNDP) martın 16-da rəsmi saytında yaydığı xəbərdarlığında bəyan edib.
UNDP Ukrayna hökumətinin hesablamasına istinad edərək bildirib ki, indiyədək müharibə azı 100 milyard dollarlıq vacib infrastrukturun sıradan çıxmasıyla nəticələnib. Buraya yollar, körpülər, xəstəxanalar daxildir. Ukraynada bizneslərin azı yarısı bağlanıb, digər yarısı isə tam gücüylə işləmir.
"Uzanan müharibənin inkişafa ağır təsirləri indi daha aşkar görünür", - UNDP-nin administratoru Açim Steyner deyib.
UNDP eyni zamanda münaqişəni dərhal dayandırmağa çağırır.
UNDP ilkin təcili addım kimi 250 milyon dollar ayrılmasını təklif edib. Bu məbləğ yoxsulluq riskiylə üz-üzə olan 2.6 milyon nəfər üçün təhlükəsizlik toru rolunu oynaya bilər.