Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyi ilə təbrik
23 Dekabr 2021 13:24 Siyasətİndiki zamanda öz xalqı tərəfindən bu qədər sevilən dövlət başçısı çox azdır. Prezident İlham Əliyevin yüksək intellekti, müxtəlif sahələrə dair dərin ensiklopedik bilikləri, özünün əsas ixtisası - diplomatiya sahəsində məharəti beynəlxalq siyasət aləmində ona böyük nüfuz qazandırıb.
Ötən ilki 44 günlük Vətən savaşı günlərində onun bu keyfiyyətlərinə daha bir yüksək keyfiyyəti - böyük sərkərdəlik qabiliyyəti əlavə olundu. Təsadüfi deyil ki, Azərbaycan xalqı öz Prezidentini məhz Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı adlandırır.
Prezident İlham Əliyev türk dünyasında da Böyük nüfuza sahibdir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev 60 illik yubileyini Türk dünyasının ona verdiyi dəyərlə, layiq olduğu Türk Dünyasının Ali Ordenini ilə qarşılayır
Uzun illər - 30 ilə yaxın müddətdə öz xalqının erməni işğalından çəkdiyi əziyyətləri, məruz qaldığı qətliamlara son qoymaq üçün ona güclü dövlət, iqtisadi qüdrət, yüksək döyüş qabiliyyətinə malik olan ordu lazım idi və dövlət başçısı tədricən, addım-addım buna nail oldu. Təkcə Azərbaycanın deyil, bütün regionun rifahını və gələcəyini düşünən Prezident bu gün sülh və əməkdaşlıq istiqamətində yorulmaz fəaliyyətini davam etdirir.
Azərbaycanın dövlət başçısı təkcə öz xalqı üçün yox , həm də türk dünyası üçün nadir tarixi şəxsiyyətlərdən biridir. Prezident İlham Əliyev siyasət aləmində siyasətçilərə, hərb sənətində hərbçilərə, iqtisadiyyat üzrə ən yaxşı iqtisadçılara dərs keçə biləcək dərəcədə böyük istedada malikdir.
Ali baş komandan İlham Əliyevin 60 illik yubileyi ərəfəsindəyik. Mən də Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun Prezidenti olaraq doğum günündə böyük strateq, qüdrətli sərkərdəni fondun üzvləri adından və şəxsən öz adımdan təbrik edirəm Bu çətin və şərəfli yolda Prezident İlham Əliyevə uğurlar diləyir, ən xoş arzularımı yetirir və qələbədən dərhal sonra sosial şəbəkələrdə minlərlə insan, bir qrup ziyalı və ictimai xadimlərin səsləndirdiyi İlham Əliyevə Azərbaycanın Milli Qəhrəmanı adı verilməsi təşəbbüsünə qoşuluruq. Əminik ki, ən tez bir zamanda insanların bu arzusu da gerçəkləşmiş olacaq.
Dərin hörmətlə, Nüsrət Məmmədov
Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun prezidenti