Prezident təsdiqlədi: Beş il icra edilməyən inzibati cərimə qüvvədən düşəcək

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunu təsdiqləyib.

Olaylar.az-ın məlumatına görə, qanuna əsasən, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 il müddətində icra edilmədiyi halda sonrakı vaxtlarda icra edilməyəcək.

Xatırladaq ki, hazırkı qanuna görə, inzibati cərimə istisna olmaqla, digər inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən sonra bir il müddətində icra edilməyibsə, daha icra edilmirdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31