Prezident İlham Əliyev: Bizim azad etdiyimiz ərazilərdəki dağıntılar ən pis gözləntiləri də aşır

Bizim azad etdiyimiz ərazilərdəki dağıntılar ən pis gözləntiləri də aşır.

Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Ermənilərin yaşayış məntəqələrində törətdiklərini təxminən bilirdik. Zaman-zaman həmin ərazilərə səfər edə bilən bəzi beynəlxalq nümayəndələr tərəfindən bəzi videogörüntülər, bəzi məlumatlar var idi. Yeri gəlmişkən, siz yəqin bilirsiniz ki, Dağlıq Qarabağa qeyri-qanuni səfər edən əcnəbilər sizin getdiyiniz ərazilərə səfər etməkdən məhrum edilmişdilər. Onlar keçmiş Dağlıq Qarabağ inzibati ərazisinin ətrafında yerləşən Ağdama, Füzuliyə və digər ərazilərə gedə bilmirdilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31