Azərbaycan qlobal miqyasda beynəlxalq faktor olmağı bacarıb
12 Aprel 2021 15:19 SiyasətZaur Məmmədov: "Biz öz dövlətimiz və prezidentimizlə fəxr edə bilərik"
"Prezident İlham Əliyev 2018-ci ildə növbəti dəfə Azərbaycan xalqının əksəriyyətinin səsini qazanaraq seçkilərdə qailb gəldi. Azərbaycan xalqı növbədi dəfə İlham Əliyevin apardığı daxili və xarici siyasəti dəstkləyərk onun Azərbaycan xalqının lideri olmasına səs verdi. Əslində bununla onun aprdığı dövlət siyasətinin düzgün olduğu təsdiqini tapdı". Bunu "Olaylar"a deyən politoloq Zaur Məmmədovun sözlərinə görə, ötən üç il ərzində baş verən hadisələr bir daha göstərdi ki, vətəndaşlar öz seçimlərində yanılmayıblar: "Prezident 2018-ci ildəki inaqurasiyasından cəmi iki il yarım sonra verdiyi sözlərə əməl edərək Azərbaycan üçün ən ağır məsələ olan ərazi bütövlüyü və Erməistanın ölkəmizə qarşı işğalçılıq siyasətinə son qoylmasını təmin etdi. İkinci Dünya Müharibəsindən sonra yaranan yeni beynəlxalq münasibətlər sistemində BMT Təhlükəsizlik Şurasının 5 dövlətini çıxmaqla qalan heç bir dövlət öz ərazi bütövlüyünü bərpa edə bilməmişdi ki, bu Azərbaycana müvəssəl oldu".
Onun sözlərinə görə, dövlət başçısı İlhan Əliyev yenidən prezident seçiləndən sonra cidd şəkildə struktur islahatları və kadr dəyişikliklərinin şahidi olduq: "Həm instisional islahatlar, həm kadr dəyişiklikləri, həm də rüşvətxorluq və korrupsiyaya qarşı mübarizənin genişləndiyi yeni əsasların qoyulduğunun da şahidi olduq. Məhz ötən üç il ərzində aidiyyatı dövlət orqanlarının korrupsiyaya qarşı mübarizəsi, regional idarəetmədə yeni innovator tipli şəxslərin icra başçsı təyin edilməsi diqqəti cəlb edir. Gənc kadrların hakimiyyətin müxtəlif eşalonlarına gətirilməsi təbii ki, müasir standartlara cavab verən dövlət idarəetməsi ilə uzlaşma baxımından olduqca vacib idi".
Politoloq qeyd edib ki, parlament seçkilərindən sonra da gənc nəslin qanunvericilik orqanda daha fəal şəkildə siyasi proseslərdə iştirakını gördük: "2018-ci ildən başlayaraq müxtəlif dövlət orqanlarında yeni gəncləşmə siyasətinin də şahidi olduq. Təbii ki, bütün bunlar ölkənin daxili və xarici siyasətində Azərbaycanın daha da güclənməsinə gətib çıxardı. Eyni zamanda, Prezdent Administrasiyasında 2019-cu ilin noyabr ayında siyasi partiyalarla bağlı müvafiq şöbənin yaradılması ilə iqtidarla hakimiyyət arasında yeni mnsibətlərin təməli qoyuldu. Nəticədə bunun bəhrəsini 44 günlük Vətən müharibəsində gördük. Azərbaycanın siyasi partiyaları hakmiyyət ətrafında birləşərək qələbəni təmin etdilər. Bundan başqa son üç il ərzində ölkədə sosisl-iqtisadi göstəricilərin kifayət qədər yüksəlməsi təmin olunub. Qaranlıq iqtisadiyyatın şəffaflaşdırılmaya nail olunub ki, bunu dövlət büdcəsinə daxilolmalarda müşahidə etmək mümkündür. Ümumilikdə, prezident İlham Əliyev artıq nəinki Azərbaycanda, eləcə də dünyada sayılıb seçilən siyasətçilərdən biridir. Azərbaycanın qlobal çağırışlara da adekvat cavab verdiyini ölkəmizin sədrliyi dövründə Qoşulmama Hərəkatı vasitəsilə dünya ölkələri üçün vacib olan koronavirusla mübarizədə rəsmi Bakının vermiş olduğu tövhvələri də göstərə bildi. Məhz prezident İlham Əliyevin təklifləri əsasında BMT-də koronavirusla əlaqədar xüsusi sessiyanın çağrılması, vaksinlərlə bağlı qərarın qəbul edilməsi bir daha göstərir ki, çoğrafi baxımdan kiçik olan Azərbaycan qlobal miqyasda beynəlxalq faktor olmağı bacarıb. Sadalanan bu faktlara görə biz öz dövlətimiz və prezidentimizlə fəxr edə bilərik".