Lukaşenko Azərbaycana gəlir
12 Aprel 2021 13:14 SiyasətBelarusiya Prezidenti Aleksandr Lukaşenko aprelin 13-də Azərbaycana səfər edəcək.
Olaylar.az bildirir ki, bu barədə BelTa məlumat yayıb.
Danışıqların rəsmi hissəsinin çərşənbə günü baş keçirilməsi planlaşdırılır. Prezidentlərin görüşü heyət üzvlərinin iştirakı ilə kiçik və geniş tərkibdə keçiriləcək. Əsas diqqət ticarət-iqtisadi qarşılıqlı əlaqələrin genişləndirilməsinə və əməkdaşlığın yeni məzmunla doldurulmasına yönəldiləcək. Tərəflər sənaye kooperasiya məsələlərini, qida istehsalı və təchizatı, kənd təsərrüfatı məhsullarının emalı sahəsində cari və gələcək layihələrin həyata keçirilməsini nəzərdən keçirəcəklər. Həm də daha az aktual əhəmiyyətli mövzulara toxunacaqlar: səhiyyə, elmi-texniki, təhsil və turizm sahələrində əməkdaşlıq.
Dövlət başçıları beynəlxalq gündəlikdəki aktual məsələlər barədə də fikir mübadiləsi aparacaqlar.
Danışıqlar nəticəsində ikitərəfli sənədlərin imzalanması gözlənilir. /Virtualaz.org