SON DƏQİQƏ! Qapalı formatda iclas keçirilir: Qarabağla bağlı qərar gözlənilir
12 Aprel 2021 13:04 SiyasətBu gün Gürcüstan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə komitəsində Qarabağ məsələsi müzakirəyə çıxarılacaq.
Olaylar.az Oxu24.com-a istinadən xəbər verir ki, müzakirələr "Dağlıq Qarabağ üzrə sülh sazişinin Cənubi Qafqazda təhlükəsizlik mühitinə təsiri" mövzusu ətrafında aparılacaq.
Komitənin iclasında deputatlar qarşısında məruzəçi qismində Gürcüstanın Xarici Kəşfiyyat Xidmətinin rəisi vəzifəsini icra edən Şalva Lomidze çıxış edəcək.
Toplantının qapalı formatda keçiriləcəyi gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31