Ermənistan parlamentinin əməkdaşı azərbaycanlı deputatı ölümlə təhdid edib
10 Aprel 2021 12:16 SiyasətAzərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının sədri, Milli Məclisdə Xankəndini təmsil edən deputat Tural Gəncəliyev Ermənistan parlamentinin əməkdaşı Lilit Gyozalyanın təhdidinə məruz qalıb.
Olaylar.az "Report"a istinadən xəbər verir ki, bu barədə T.Gəncəliyevin özü məlumat verib.
"Ermənistan parlamentinin xarici əlaqələr komitəsinin əməkdaşı məni "həbsxanada başını kəsəcəyik" deyərək təhdid edir. Ermənistanın uzun illərdir yaratdığı Azərbaycanofobia və etnik nifrətin bariz nümunəsi olan davranışa görə həmin şəxsin tutduğu vəzifəsindən ən qısa müddətdə kənarlaşdırılması labüddür" , - icma sədri vurğulayıb
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31