Rusiya Ermənistanda seçimini hələ etməyib

"Ermənistanın baş nazirinin Rusiya prezidenti ilə  aprel ayının 7-də baş tutan görüşü  Paşınyanın siyasi gələcəyini müəyyən edəcək. Bü gün hamıya bəllidir ki, Rusiyanın xeyir-duası olmadan Ermənistanda hakimiyyətdə qalmaq mümkünsüzdür". Bunu "Olaylar"a deyən Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli qeyd edib ki, böyük ehtimalla  həmin görüşdə Nikol  Rusiya  prezidentindən ciddi tapşırıqlar alıb. Rusiyanın əleyhinə birmənalı şəkildə danışmamaq, Rusiya Hərbi Kompleksi haqqında formalaşan mənfi rəyin dəyişdirilməsinə çalışmaq və müsbət nəticə əldə etmək. və s. tapşırıqlar N. Paşinyanın  üzərinə yüklənib: " Digər tərəfdən Rusiyanın iqtisadi vəziyyətinin inkişafında və ona tətbiq olunan sanksiyaların təsirinin azaldılmasında əhəmiyyətli rol oynayacaq  kommunikasiya xətlərinin davam etməsi, tranzit layihələr şübhəsiz müzakirə mövzusu olub. İkibaşlı oyun oynayan Rususiyanın  Ermənistanda seçki zamanı kimi dəstəkləyəcəyi  həllə bəlli deyil. 44 günlük müharibə zamanı Azərbaycanın tarixi qələbəsindən sonra ciddi daxili  təzyiqlərlə  üzləşən Paşinyanı, yoxsa,  nüfuzunu itirmiş, sadiq köpək  Koçaryanı dəstəkləyəcəyi hələki Rusiya tərəfdən bildirilmir. Ancaq o məlumdur ki, Rusiya regionda gedən prosesləri və strateji hədəflərini nəzərə alaraq seçimini edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31