Ermənistan «İsgəndər-M» raketini necə və hansı yollarla əldə edib?

Artıq bir həftədən çoxdur ki, Ermənistanın 44 günlük Vətən müharibəsində Azərbaycan ərazisinə «İsgəndər-M» raketindən zərbə endirməsi məsələsi gündəmi zəbt edib.

Artıq bir həftədən çoxdur ki, Ermənistanın 44 günlük Vətən müharibəsində Azərbaycan ərazisinə "İsgəndər-M" raketindən zərbə endirməsi məsələsi gündəmi zəbt edib. Təkcə Azərbaycan deyil, eləcə də ölkədən kənarda Ermənistanın bu cinayət barədə danışlır. Maraqlısı odur ki, aşkar edilən "İsgəndər-M" raketinin qalıqları Rusiyanı da müəyyən mənada çətin duruma salıb. Çünki Rusiya həmin silahı yalnız özü istifadə edə bilər. üçüncü bir tərəfə verə bilməzdi.

İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay da deyir ki, Şuşa ətrafında Rusiya istehsalı "İskander" hərbi əməliyyat-taktiki ballistik, iki raketin qalıqlarının aşkar edilməsi Moskvanı arzuedilməz durumda qoyub, Onun sözlərinə görə, bunun 2 əsas səbəbi var: "Həm həmin raketin M-variantı olaraq beynəlxalq sazişə görə yalnız Rusiya hərbisində istifadə edilə bilinməsi, eksportun qadağan edilməsi, həm də, hədəfə dəyməyərək üstəlik də, partlamaması ilə. 
Birinci problem odur ki, "İskander" ballistik raketin beynəlxalq sazişə görə E eksport variantı xarici ölkəyə satıla, verilə bilər, M variantı isə yox. Sazişə görə dünyada bütün raket istehsal edən ölkələr 300.km-dən çox uzaqlıq radiusu və 500 kq. dan artıq partlayıcı başlığı olan raketləri başqa digər bir ölkəyə sata, verə bilməz. "İskander-M"-in isə, parametrləri bu öıçülərdən artıqdır və partladığı halda 1,5 hektar, 2 futbol stadionu qədər ərazini dağıtma kimi çox güclü potensialı var. Sual olunur ki,  bu raket Ermənistan istifadəsi üçün haradan əldə olunub?! Ermənistanda belə bir raket olmayıbsa, kim, niyə bunu atıb Şuşaya, Ermənistandakı Gümri bazasından Rusiya atıb?
İkinci problem odur ki, raket partlamayıb, qalıqları bunu göstərir. Bu fakt isə, Paşinyanın 2 ay öncə bəyan etdiyi, Rusiyanın beynəlxalq hərbi nüfuzu potensialına böyük zərbə olan, eynilə də Rusiya və Ermənistan arasında çaxnaşma yaratmış bu açıqlamaya gətirib çıxarır: "İskander" raketlərini müharibədə atdıq, amma zay çıxdı, partlamadı". İndi, dünyanın nəzəri bu 2 sualla Rusiyaya tərəf yönəlib: sənin başqa bir ölkəyə verilməsi yasaq olan raketin Ermənistanda nə gəzir və yaxud da, kim atıb bunu Şuşaya? İkincisi, dünyada möhtəşəm silah kimi öyünüb təbliğ etdiyin ballistik raketin niyə öz hədəfinə dəyməyib və niyə partlamayıb? Necə olub bəs, uzağı 5 metr hədəfdən yayınma yüksəkdəqiqli raketin Şaşadan 500 m aralı enib?".

İlqar Altay deyir ki, Rusiya ekspertləri, deputatları, mediası əvvəlcə məsələni tələsik yozub, yayındırmağa çalışdılar: "Guya, bu, raket qalıqları Rusiya ordusu tərəfdən Suriyada atılıb və Türkiyə də onun qalıqlarını tez tapıb, yığıb, Azərbaycana göndərib. İzahını belə verirlər ki, bu raketin iki forması var: kasset tipli və fuqas tipli başlıqlı. Kasset tipli yerə çatmağa 10 m. qalmış göydə partlayır və ətrafa yayılaraq geniş ərazini dağıdır, raketin ön və quyruq hissə parçaları salamat qalır. Çünki, kasset partlayıcı başlıq orta hissədə yerləşir. Fuqas tiplisində isə partlayıcı ön hissədə olur, birbaşa yerə və hədəfə düşüb, dəyib partlayır və bütün raket dağılır, heç bir hissəsi belə, iri şəkildə salamat qala bilməz. Belə yozurlar ki, Şuşada, geniş sahə dağılmayıb, hissələr sagdırsa, demək, hissələr Suriyadandır. Absurd arqumentlərdir. "İskander" tipli ballistik, taktiki raket komplekslərin öz konkret pasportu, buraxılış nömrəsi və qeydiyyatı var. Cəmisi 200 ədəd istehsal olunub və "seriynıy" buraxılış yəni, milyonlar kalaşnikov avtomatı deyil.. Suriyaya göndərilmiş komplekslər məlumdur. Öz nömrəsi və pasportu ilə, Göndərilmə, istifadə etmə tarixi ilə. İkincisi, Şuşa ətraflna düşən raketin nə kassetli tipdəki kimi böyük sahəni dağıtmaması, nə dəki fuqas kimi partlamayıb, raket hissələri salamat qalması əksinə, o deməkdir ki, raket həm hədəfi vura, həm də partlaya bilməyib, yəni zay çıxmış. Və Paşinyana da bu məlumat yəqin ki, Qərbin kəşfiyyatı tərəfindən sızdırılıb.
Sonra, Rusiya tərəfin, "ekspertləri" iddia sürdülər ki, guya raket oğurlanıb, saxta sənədlərlə xaricə daşınıb və 3-cü tərəfin əlinə keçib,  Şuşaya atılıb. Bu da absurd iddiadır. "İskander" tək raket deyil, raket kompleksidir. Kompleks də o deməkdir ki, bunun içinə 6 massiv daşıyıcı qurgu və maşınlar daxildir. Biri (42 ton, 13 metr.) həmin 2 raketi, biri (40 ton) əlavə ehtiyat 2 raketli, digəri (15 t) bütün kompleks komanda-qərargahı, başqa biri radio lokasiya stansiyası (10 t. ), texniki xidmət kompleks raket, aparatlar nəzarət (13,5 t.) İnformasiya koordinatlar hazırlığı mərkəzi, personal üçün 6 çarpayılıq vaqon tipli məişət və istirahət mərkəzi, uzun maşını. Bu qabaritdə, bir sürü vacib qurğu-maşından ibarət, qeydiyyatda və beynəlxalq nəzarətdə olan raket kompleksini necə oğurlamaq, xəlvət çıxarmaq, keçirmək olar, Məgər bu qumbaradır, çemodanın bir küncündə birtəhər keçirəsən? Rəsmi ciddi cavab verilməli. Qaldı ki, Rusiya höküməti guya bu məsələnin araşdırılmasını aparır, bu da formallıqdır. Çünki, bu cür azsaylı və strateji, dövləti əhəmiyyətli bir kompleks nömrə, qeydiyyatı və istifadə təyinatı ilə Rusiyaya çoxdan məlumdur, qeydiyyatdadır".
İlqar Altay deyib ki,  bu ballistik raketlərin yerləşməsi, hərəkəti, atılma və hədəfə düşmə trayektoriyası xarici dövlətlərin kəşfiyyat Sputnik imkanları ilə hər an müşahidə nəzarətin altındadır: "Şuşaya atılan bu "İskander" raketi də, Çox yəqin ki, Qərbin, xüsusən də  Britaniyanın Qafqaz regionunu tam kurasiya, edən kəşfiyyatı tərəfdən fiksasiya olunub. Həm atılma, həm də, düşmə dəqiq koordinat, nöqtələrilə. Və görünür ki, bu raketlər Rusiyanın Ermənistandakı Gümri hərbi bazasından atılıb. Britaniya məsələni 2 ay öncə hazırkı siyasi mənafeyinə uyğun olaraq Paşinyana,  indi də Qərb-Rusiya münasibətlərinin kəskinləşdiyi vaxt Azərbaycan tərəfə ötürüb..Ümumiyyətlə, Rusiya böyük və ciddi dövlət kimi qonşularla belə bir qeyri-ciddi,  ziyankar oyunları bitirməlidir. Bunlar hamısı əks-effektlə və nüfuz enişi ilə gündən-günə Rusiyanın özünə ziyandır. O cümlədən Dağlıq Qarabağda bu gün etdikləri də Rusiyanın ziyanına işləyir".

Məhəmməd

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31