Ermənistan ordusu ərazilərimizdən çıxarılır
3 Fevral 2021 14:35 Siyasət"Ermənistan müdafiə sistemləri artıq ərazilərimizdən çıxarılır".
Bu barədə politoloq Zaur Məmmədov məlumat verib.
"9K33 Osa", "9K35 Strela-10" özüyeriyən zenit raket kompleksləri və "9K38 İqla" zenit-raket kompleksindən ibarət sistemlər Ermənistanın Gorus şəhərinə sülhməramlıların müşayiəti ilə aparılır", - deyə politoloq əlavə edib.
Qeyd edək ki, ötən gün separatçıların ordularının ləğv ediləcəyi haqqında erməni KİV-lər müxtəlif mənbələrə istinad edərək məlumatlar verirdilər. qəzet.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31