AŞ PA-dan Ermənistana sərt sillə-4 düzəlişin heç biri qəbul edilməyib
26 Yanvar 2021 14:58 Siyasət"Dünən Ermənistanın nümayəndə heyəti Hadrut ətrafında Azərbaycanın hüquq mühafizə orqanları tərəfindən saxlanılan 62 nəfərdən ibarət erməni diversant qrupunu "hərbi əsir" kimi təqdim etməyə və Avropa İnsan Hüquqları Məhkəməsinə siyasi təzyiq etməyə cəhd göstərir. Qeyd edilən mövzunun AŞPA-nın qış sessiyasının gündəliyinə daxil etməyə çalışdılar. Lakin AŞPA-nın Bürosu bu mövzunun gündəliyə daxil edilməsini tövsiyə etmədi və Plenar Assambleya da bu qərarla razılaşdı". "Olaylar" xəbər verir ki, bu barədə məlumat verən millət vəkili, AŞ PA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Kamil Cəfərov əlavə edib ki, digər bir məsələ isə ermənilər yenə "hərbi əsirlərlə" bağlı məsələnin Monitoqin Komitəsinin hesabatına daxil etməyə cəhd göstərdilər, 4 düzəliş təqdim etdilər: "AŞPA-nın prosedur qaydalarına əsasən bu "düzəlişlər" ilkin olaraq AŞPA-nın Siyasi münasibətlər və demokratiya Komitəsində müzakirə edildi. Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd müəllimin fəaliyyəti nəticəsində Komitənin mütləq əksəriyyəti "düzəlişləri" qəbul etmədi. Komitə tərəfindən qəbul edilmədiyi üçün bu "düzəlişlər" plenar iclasda yalnız 10 üzv tərəfindən dəstək alarsa səsə qoyula bilərdi. Ermənilər heç bir dəstək almadı və hətta Ermənistan nümayəndə heyətinin üzvü Ruben Rubinyan özlərin təqdim etdiyi düzəlişlərin əleyhinə çıxış etdi".