Prezident Əliyevin Şuşa səfərinə dair müstəsna iki tezis....

Prezidentimizin Şuşaya səfəri azad edilmiş digər Azərbaycan rayonlarına və şəhərlərinə səfərlərə bənzəməz.Şuşaya indiki səfər bundan sonrakı illərdə Prezidentin bu şəhərə şübhəsiz ki, edəcəyi növbəti səfərlərə də bənzəməz. Əvvala , Qacarlardan, 1805-ci ildə məşhur rus generalı Sisianovdan, ruslardan, qəsbkar ermənilərdən üzu bəri Prezident İlham Əliyev Şuşaya legitim, yəni öz xəlqi torpağı kimi ayaq basmış, dünyanın qanuni tanıdığı ilk müstəqil süveren dövlət başçısıdır .Şuşaya Köçəryan , Sarkisyan , Paşinyan da gəlsə də onların heç birinin gəlişi dünyanın nəzərində legitim ayaqbasma hadisəsi ola bilmədi. İkinci, Azərbaycan prezidentinin Şuşaya legitim gəlişi qəti sübut etdi ki, müstəqil Azərbaycanda keçmış SSRİ- dövründəki DQMV -nın hüdudlarında hansısa bir inzibatı ərazi vahidi daha heç vaxt olmayacaq. Bu iki tezisə sözü olan varsa, qəbul və şərh etməyə hazıram...

Aydın Quliyev

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31