Moskva görüşü Azərbaycanın növbəti uğuru və diplomatik qələbəsidir

Azərbaycanın hərb meydanında əldə etdiyi qələbə diplomatiya sahəsində də davam edir. Belə ki, Prezident İlham Əliyevin Moskva səfərində əldə edilən razılıq və imzalanan bəyənat fikrimizi bir daha təsdiq etmiş olur. Məlum olduğu kimi prezident İlham Əliyev Rusiya paytaxtında keçirilən üçtərəfli görüşdə qalib ölkənin lideti kimi iştirak edirdi. Heç şübhəsiz ki, görüşün nəticələri qalib ölkənin diktəsindən asılı olmalı idi və belə də oldu. Prezident İlham Əliyevin Moskvaya səfəri Azərbaycanın növbəti uğuru və diplomatik qələbəsi kimi tarixə düşdü. Xatırladaq ki, 20201-ci il yanvarın 10-da Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfər edib. Səfər çərçivəsndə Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli görüşləri baş tutub. Görüşlərin yekunu ilə bağlı üçtərəfli bəyanat imzalanıb. Bəs, bu görüşün Azərbaycan üşün hansı siyasi, iqtisadi əhəmiyyəti var? Qazi-hüquqşünas Vüqar Dadaşov bildirib ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 11 yanvar Moskva görüşü ölkəmizin diplomatic qələbəsi ilə başa çatıb: "Məlum olduğu kimi üçtərəfli görüşün nəticəsi olaraq Vladimir Putin, Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev Qarabağın inkişafı ilə bağlı ortaq bəyanat imzalayıblar. Elan edilən Bəyanatın mahiyyətindən görünür ki, danışıqlarda əsas humanitar məsələlər müzakirə edilib. Ancaq bu görüşün tam olaraq təfərrüatı deyil. Çünki, humanitar məsələnin bu qədər uzun müddətdə müzakirəsinə ehtiyac yox idi. Əvvəla humanitar məsələlər barədə mahiyyət etibarı ilə razılaşma 10.11.2020-ci il tarixli bəyanatda əksini tapmışdı və bu məsələ isə bağlı tərəflər arasında o qədər böyük fikir ayrılıqları yox idi. 11 yanvar Moskva bəyanatı mahiyyət etibarı humanitar məsələlərin həlli baxımından  10 noyabr bəyanatının davamı kimidir. Deməli, səsləndirilməsi  hələ məqbul sayılmayan danışıqlar keçirilib. Həmin danışıqların mahiyyətinin və nəticəsinin elan edilməməsi Paşinyan hakimiyyətinin qorunması məqsədi də güdə bilər hansı ki, həm Azərbaycan və həmdə Rusiya əldə edilmiş üçtərəfli hər bir razılaşmaların Paşinyan hakimiyyətinin öhdəlikləri kimi icrasında maraqlıdırlar. Sözsüz ki, Rusiya Qarabağ məsələsinin tam həllində maraqlı deyil, ancaq Paşinyanın hakimiyyətində qalmasına maraqlıdır. Əlbəttə ki, Putinin Paşinyanın hakimiyyətdə qalmasında öz dövlət maraqları var. Putinə məlumdur ki, Paşinyandan sonra Ermənistanda Rusiya meylli liderlərin hakimiyyətə gəlməsi olduqca çətin məsələdir, ancaq  daha radikal qərb yönümlü siyasətçilərin hakimiyyətə gəlməsi ehtimalı olduqca yüksəkdir". Onun sözlərinə görə, Paşinyana qarşı ölkədə keçirilən mitinqlərin təsirsiz olmasının və əhali tərəfindən çox az dəstəklənməsinin səbəbi Ermənistanın Rusiya təsirində saxlanmasını istəməyənlərin çoxluq təşkil etməsidir: "

Bəyanatından aydın görünür ki, Rusiyanın, Fransanın və Ermənistanın ən çox marağında olan Qarabağın status məsələsi müzakirə mövzusu olmayıb, Qarabağın inkişafı ilə bağlı birgə işçi qrupunun yaradılması Azərbaycan inzibati orqanlarının ərazidə fəaliyyətinin bərpası deməkdir. Bu qrup Azərbaycanın hələ nəzarətində olmayan yaşayış məntəqələrində dövlət idarəçiliyin Azərbaycana ötürülməsinin ilkin mərhələsi sayıla bilər.  Görüşün təşkili zamanı Rusiya rəsmilərinin və eləcədə Putinin Paşinyana qarşı siyasi və diplomatik mədəniyyət baxımından məqbul sayılmayan publik davranışı onu deməyə əsas verirdi ki, Paşinyan bu danışıqlarda ümumən dinləyici qismində yəni, faktiki olaraq məğlub ölkə parametrlərinə uyğun olaraq iştirak edib. Əminliklə demək olar ki, Qarabağ məsələsində Azərbaycan məhz Rusiya ilə danışıqlar aparır.  Görüş öncəsi açıqlamamda qeyd etdiyim kimi Rusiyanın Azərbaycana təsir və təzyiq imkanları zərərsizləşdirilib və bu baxımdan Rusiya danışıqlarda Azərbaycan mövqeyindən çıxış etməklə bölgədə mövcudluğu təmin etmək istəyir. Bəyanatdan göründüyü kimi, Azərbaycan öz siyasi hədəflərinə yaxınlaşmaqda davam edib və sözsüz ki, üçtərəfli 11 yanvar Moskva görüşü Azərbaycanın siyasi və diplomatın uğuru, Vətən müharibəsində qələbəmizin tam rəsmiləşməsi üçün bir mərhələdir". Onu da qeyd edək ki, 44 günlük müharibəyə yekun vuran, dövlətlər arasında siyasi deyil, iqtisadi və regional əməkadaşlıq məsələlərini nəzərdə tutan ikinci bəyanatın qəbul olunması ilə bir daha təsdiq edildi ki, regionun gələcəyi hazırkı nəticələrin təftişi deyil, perspektivə istiqamətlənmiş məsələlərin həyata keçirilməsi ilə bağlıdır.

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31