44 günlük Vətən müharibəsində əldə etdiyiniz Qələbə müvəffəqiyyəti Sizin 17 illik gərgin fəaliyyətinizin məntiqi yekunudur

Elşad Hüseynovdan, Bakı, Azərbaycan

Hörmətli Prezident! Müzəffər Ali Baş Komandan!

44 günlük Vətən müharibəsində əldə etdiyiniz Qələbə müvəffəqiyyəti Sizin 17 illik gərgin fəaliyyətinizin məntiqi yekunudur. Bu, Azərbaycan kimi gənc bir ölkə və onun gənc ordusu üçün həqiqətən misilsiz uğur, inanılmaz nailiyyətdir. Sizin xalqı bir yumruq kimi birləşdirən "Qarabağ Azərbaycandır!" ifadəniz bu gün bütün dünya azərbaycanlılarının milli qürur, fəxarət, birlik və həmrəylik göstəricisinə çevrilmişdir. Bu xoş günləri bizlərə yaşatdığınız üçün Sizə dərin təşəkkürümüzü və sonsuz minnətdarlığımızı bildiririk. Bütün məcburi köçkünlər kimi Laçın rayonu Mirik kənd əhalisinin mütləq əksəriyyəti də vandal düşmənlər tərəfindən darmadağın edilmiş ata-baba yurd yerlərimizin bərpası və abadlaşdırılması işində iştirak etmək üçün səbirsizliklə o torpaqlara qayıdacağı günü gözləyir.

Ulu Tanrı Sizi qorusun!

Hörmətlə,

Hüseynov Elşad Qasım oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31