Bu günləri bizə yaşatdığınız üçün Sizə təşəkkür edirik.
12 Yanvar 2021 15:36 SiyasətDavud Məmmədovdan, Naftalan, Azərbaycan
Müzəffər Ali Baş Komandan,
Sizə təhsil aldığım Səməd Vurğun adına Naftalan şəhər tam orta məktəbin şagirdləri və şəxsən öz adımdan dərin minnətdarlığımı bildirirəm. Siz düşmən üzərində böyük zəfər çalmaqla və Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə bütün dünyaya sübut etdiniz ki, Qarabağ Azərbaycandır! Hazırda biz dünyanın ən xoşbəxt övladlarıyıq. Bu günləri bizə yaşatdığınız üçün Sizə təşəkkür edirik.
Bizim Prezidentimiz, bizim rəhbərimiz, Uca Allah Sizi qorusun!
Hörmətlə,
Məmmədov Davud, şagird.
Azərbaycan Respublikası, Naftalan şəhəri.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31