Siz bu şanlı Qələbəyə imza atmaqla atanızın əbədiyaşar ideyalarına sədaqətinizi və sadiqliyinizi nümayiş etdirdiniz
12 Yanvar 2021 15:35 SiyasətMurad Əliyevdən, Oğuz, Azərbaycan
Hörmətli cənab Prezident,
Sizi və müzəffər Azərbaycan Ordusunu şəxsən öz adımdan və yaşadığım Calut sakinləri adından möhtəşəm, şanlı Qələbə münasibətilə təbrik edirəm, minnətdarlığımı bildirirəm.
Siz bu şanlı Qələbəyə imza atmaqla, atanızın vəsiyyətini yerinə yetirməklə onun ruhunu şad etdiniz, onun əbədiyaşar ideyalarına sədaqətinizi və sadiqliyinizi nümayiş etdirdiniz. Bizə isə qalib ölkənin qalib vətəndaşı sevincini yaşatdınız.
Ulu Tanrı Sizi, Mehriban xanım Əliyevanı və bütün ailə üzvlərinizi qorusun. Sizləri bu ölkənin, bu xalqın başı üzərindən əskik etməsin. Sizə qalib Azərbaycanın xoşbəxt gələcəyi naminə yeni zəfərlər arzulayıram.
Hörmətlə,
Əliyev Murad, kənd sakinləri adından.
Azərbaycan Respublikası, Oğuz rayonu, Calut kəndi.