Siz Azərbaycan dövlətçiliyi, Azərbaycan xalqı üçün misli görünməmiş qəhrəmanlıq səhifəsi yazdınız
12 Yanvar 2021 15:33 SiyasətSəlahəddin Aslanovdan, Ağcabədi, Azərbaycan
Müzəffər Ali Baş Komandan!
Sizi yeni tarix yazmağınız, doğma Qarabağ torpaqlarını almağınız münasibətilə səmimi qəlbdən təbrik edirəm. Siz həqiqətən Azərbaycan dövlətçiliyi, Azərbaycan xalqı üçün misli görünməmiş bir qəhrəmanlıq səhifəsi yazdınız! Siz bunu dünyanı mat qoyan müdrik və uzaqgörən siyasətinizlə bacardınız. Azərbaycan dövlətinin və xalqının gücünü və mərhəmətini bütün dünyaya göstərdiniz.
Sizin xarici ölkə jurnalistlərinə verdiyiniz müsahibələri, xüsusilə dövlətimizə qarşı qərəzli münasibət sərgiləyən mətbuat nümayəndələri ilə dialoqlarınızı, onlara verdiyiniz kəskin və tutarlı cavablarınızı, Azərbaycanın haqlı mövqeyini bütün dünyaya çatdırmağınızı böyük qürur və iftixar hissi ilə izləyirdik.
XX əsrin qəhrəmanı ulu öndərimiz Heydər Əliyevdir, XXI əsrin qəhrəmanı isə Sizsiniz, cənab Ali Baş Komandan!
Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan!
Hörmətlə,
Aslanov Səlahəddin
Azərbaycan Respublikası, Ağcabədi rayonu, Boyat kəndi.