Müzəffər Ali Baş Komandan, Sizin rəhbərliyiniz və uzaqgörən siyasətiniz nəticəsində biz Qələbənin sevincini daddıq
12 Yanvar 2021 15:32 SiyasətElmir Kazımovdan, Füzuli, Azərbaycan
Müzəffər Ali Baş Komandan,
44 günlük Vətən müharibəsində qazandığınız parlaq Qələbə münasibətilə Sizi və Azərbaycan xalqını təbrik edirəm. Doğma kəndimiz, orada keçirdiyim uşaqlıq illərinin xatirələri 28 ildə bir an da olsa mənim yadımdan çıxmadı. Bu illər ərzində Qarabağımıza, doğma yurd-yuvamıza qayıtmaq arzusu ilə yaşamışıq. Nəhayət ki həmin gün gəlib çatdı.
Müzəffər Ali Baş Komandan, Sizin rəhbərliyiniz və uzaqgörən siyasətiniz nəticəsində biz Qələbənin sevincini daddıq. Bu gün biz öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalqıq.
Hər bir qarabağlı kimi mən də Qarabağımıza, Yuxarı Yağlıvənd kəndinə qayıdacağım günü səbirsizliklə gözləyirəm.
Cənab Prezident, icazənizlə Sizi və ailənizi babam Seyid Musa Ağanın ocağına dəvət edirəm. Çünki bizlərə bu sevinci yaşadan, dədə-baba ocaqlarımıza qaytaran məhz Sizsiniz. Buna görə Sizə bir daha minnətdarlığımı bildirirəm.
Sizə ilk növbədə cansağlığı, tükənməz həyat eşqi, bol-bol uğurlar arzu edirəm.
Hakimiyyətə gəldiyiniz ilk gündən çiyinlərinizə necə mürəkkəb və məsuliyyətli, eyni zamanda şərəfli missiyanın düşdüyünü anlamış, bu yolda yorulmadan, əzmlə addımlamısınız. Şükürlər olsun ki, bu gün də çəkdiyiniz əziyyətin bəhrəsini gördünüz. Bu gün ərazi bütövlüyünü bərpa etmiş qalib sərkərdə, Müzəffər Ali Baş Komandansınız.
Sizin kimi bir lideri olduğu üçün Azərbaycan xalqı çox xoşbəxtdir. Sizə ancaq Qələbə yaraşır.
Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Azərbaycan!
Hörmətlə,
Kazımov Elmir Həşim oğlu
Azərbaycan Respublikası, Füzuli şəhəri.