Siz xalqımızın haqq işi uğrunda əsl fədakarlıq nümunəsi ortaya qoyaraq tarixi ədaləti bərpa etdiniz

Baba Əliyevdən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident!

Hər bir azərbaycanlının əbədi qürur duyacağı Müzəffər Ali Baş Komandan!

Başa vurduğumuz 2020-ci ildə istər çoxşaxəli islahatlar və pandemiya ilə mübarizədə öncül rəhbər, istərsə də müzəffər lider və Azərbaycan xalqının amalını gerçəkləşdirən şəxsiyyət kimi könülləri yenidən fəth etdiniz. 44 gün davam edən və işğal altındakı yurd yerlərimizin şanlı ordumuz tərəfindən azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Siz xalqımızın haqq işi uğrunda əsl fədakarlıq nümunəsi ortaya qoyaraq tarixi ədaləti bərpa etdiniz. Sizin "Qarabağ Azərbaycandır!" ifadəniz bu gün bütün dünya azərbaycanlıları üçün milli qürur, fəxarət, birlik və həmrəylik göstəricisidir. Bu qəhrəman xalqa, bu müqəddəs Vətənə sonsuz sevginiz ətrafında əldə edilmiş əvəzsiz birlik və həmrəyliyi də heç vaxt və heç nə sarsıda bilməz. Bu birlik və həmrəyliyimizin, əzəli və əbədi torpaqlarımızın azad olunması sevinci ilə Sizi, qürurunu hər gün yaşadığımız və yaşayacağımız Zəfər Günü münasibətilə ürəkdən təbrik edir, Sizə cansağlığı və uzun ömür, müstəqil Azərbaycanımızın daima inkişafı naminə yeni-yeni uğurlar arzulayıram.

Yaşasın Azərbaycan, yaşasın Xalq-Prezident həmrəyliyi!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Əliyev Baba Yaşar oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31