Deputat: “Paşinyanın Makronla, Makronun Putinlə telefon danışıqlarının da elə bir effekti olmadı”
12 Yanvar 2021 11:49 Siyasət"Məlum olduğu kimi Azərbaycan, Rusiya və Ermənistan liderlərinin dünənki Moskva görüşləri bəyənat imzalanması ilə nəticələnib. Hələlik Rusiyanın "Kommersant" qəzetində həmən görüşə həsr edilmiş reportajdakı bir cümləni nəzərinizə çatdırıram: " Dörd saatlıq danışıqlar nəticəsində imzalanan bəyanatı Nikol Paşinyan danışıqlar öncəsi imzalamaq fikrində deyildi". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə, yəni ki, Paşinyan noyabrın 10-da olduğu kimi növbəti bəyanatı da əlacsızlıqdan imzalamaq zorunda qalıb. Qəzetdə bunun ardınca o da açıq şəkildə vurğulanır ki, Ermənistanın baş naziri Moskva görüşündən istəklərini reallaşdırmadan evinə dönüb: "Beləliklə, görünür ki, bu görüş öncəsi Paşinyanın Makronla, Makronun Putinlə telefon danışıqlarının da elə bir effekti olmayıb. Onların istəklərindən biri də "status" məsələsilə yanaşı, noyabrın 26-dan sonra Ermənistandan Qarabağa göndərilən və təxribat törədərkən yaxalanan terrorçuların hərbi əsir sayılaraq buraxılması idi. Ancaq görünən budur ki, Azərbaycan Prezidenti haylarla havadarlarının bu istəklərini də rədd edib. Demək, Fransa prezidenti Makron Moskva danışıqları öncəsi Vladimir Putinə zəng etməklə növbəti dəfə sözün hər anlamında Paşinyandan çox da fərqlənmədiyini ortaya qoymaqdan başqa heç nə qazanmadı. O, həmən zəngilə ikinci dərəcəli siyasətçi qismində sadəcə Rusiya Prezidentinin əlinə oynadı, vəssalam".