Paşinyan görüşdə yatıbmış - Erməni mətbuatı onu biabır etdi
11 Yanvar 2021 20:37 SiyasətErmənistan mətbuatı Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Moskvada keçirilən üçtərəfli görüşü şərh edib.
Ermənistan KİV - də üçtərəfli görüşün nəticələri uğursuz adlandırılıb. Düşmən tərəfi daha çox məyus edən Dağlıq Qarabağın statusunun görüşdə müzakirə edilməməsi olub.
Bəzi yerli portallar hətta görüşün Azərbaycan prezidenti üçün 5-0 qələbə ilə yekunlaşdığını yazıb.
Togarma kanalı isə Paşinyanın saqqalını qırxmasını məğlubiyyətin göstəricisi adlandırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31