Yeni situasiya kadr islahatlarını labüd edir

Qeyd edək ki, hazırda cərəyan edən proseslər deməyə əsas verir ki, dövlət başçısı tərəfindən həyata keçirilən islahatlar davamlı olacaq

Azərbaycan Prezidenti: "Kadr islahatları davam etdirilir"

Azərbaycanda həyata keçirilən kardr islahatı davamlı xarakter daşıyır. Dövlət başçısı İlham Əliyev pezidentlik fəaliyyəti dövründə bu sahəyə xüsusi diqqət yetirib, İstedadlı, müasir idarəetmə, ən əsası isə əhali ilə işləmək bacarığına malik kadrlara önəm verib. Dövlət başçısının həyata keçirdiyi kadr siyasətində dövlət maraqları ilə yanaşı, vətəndaş məmnunluğu ön planda olub. Elə bu səbəbdən də mütəmadi olaraq kadr islahatları aparılıb. Tutduğu vəzifəsini layiqincə yerinə yetirə bilməyən, öz fəaliyyəti ilə ölkə prezidentinin yürütdüyü siyasətə xələl gətirən, vətəndaş amilni arxa plana keçirən kadrlar yeniləri ilə əvəz olunub. Bu isə o deməkdir ki, Prezident İlham Əliyevin bu istiqamətdə atdığı qətiyyətli addımlar Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə yönəlib. Məlum olduğu kim Prezident ali icra hakimiyyətinin rəhbəri olduğundan nazirlərin vəzifəyə təyin və azad edilməsi  birbaşa onun səlahiyyətinə daxildir. Dövlət başçısı yaxşı bilir və kifayət qədər informasiyası var ki, hansı nazir vəzifəsini necə icra edir. Buna müvafiq olaraq da nazirlərin təyinatını həyata keçirir. Məlum olduğu kimi İlham Əliyev digər ölkələrin dövlət başçıları kimi sıradan olan prezident deyil. O, cəmiyyət tərəfindən çox yüksək dəstəyə malikdir və seçkilərdə yüksək səs almış prezidentdir. Eyni zamanda, siyasi lider kimi Avropada və dünyada tanınmış siyasətçidir. Ona görə də bir siyasətçi və vətəndaş olaraq dövlət başçısının kadr sahəsində apardığı islahatlar cəmiyyət tərəfindən birmənalı şəkildə dəstəklənir. Çünki, prezidentin kadr islahatları bağlı verdiyi hər hansı qərar yalnız obyektivlik üzərində qurulur. Yeri gəlmişkən qeyd edək ki, 44 günlük Vətən Müharibəsi Azərbaycanın işğalçı Ermənistan dövləti üzərində qələbəsi ilə başa çatdı. Artıq Zəfər qələbəsi regionla yanaşı, ölkə daxilində də yeni siyasi sistemin formalaşmasını labüd edib. Məhz bu baxımdan qeyd edilməlidir ki, Azərbaycanda kadr islahatları davaml olacaq. Təsadüfi deyil ki, prezident İlham Əliyev  2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə çıxışı zamanı qeyd edib ki, ölkədə kadr islahatları davamlı olacaq. Müşavirədə 2020-ci ildə ölkəmizdə parlament seçkilərinin keçirildiyini, siyasi partiyalarla dialoqun gücləndiyini, kadr islahatlarının davam etdirildiyini deyən Prezident İlham Əliyev pandemiyanın fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlərdən danışıb. Xüsusilə vurəulayıb ki, Azərbaycanda kadr islahatları davam etdirilir.

Qeyd edək ki, hazırda cərəyan edən proseslər deməyə əsas verir ki, dövlət başçısı tərəfindən həyata keçirilən islahatlar davamlı olacaq. Çünki, dövlət başçısı lazım olduğu tədqirdə bu kursu davam etdirir. Prezidentin kadrlardan istədiyi ondan ibarətdir ki, dürüst işləsinlər, qanunlara əməl etsinlər, cəmiyyət-dövlət üçün işləsinlər, vətəndaşların problemlərini həll etsinlər. Prezident təyin etdiyi kadrlardan bunu istəyir, başqa elə bir tələbi yoxdur. Bunlar da normal və mövcud qanunlara uyğun tələblərdir. Kim bu tələblərə cavab verəcəksə vəzifəsinin icrasını davam etdirəcək, etməyənlər barədə isə prezident düzgün və obyektiv qərar verəcək. Burada məqsəd kimisə vəzifədən azad etmək deyil və bu belə başa düşülməməlidir. Məqsəd ölkənin problemlərinin köklü problemlərinin həlli və vətəndaşların etimadını qazanmaqala bağlıdır. Heç şübhəsiz ki, işinin öhdəsindən gələn, idarəetmədə yaxşı nəticə göstərən kadrlara etimad bundan sonra da yüksək olacaq. Etimadı doğrultmayanlar barədə isə təbii ki, müvafiq qərar qəbul ediləcək. Nəzərə almaq lazımdır ki, Azərbaycanda artıq yeni situasiyanın yaranması səbəbindən dövlət başçısı tərəfindən sərt və qəyi addımların atılacağı şübhə doğurmur. Dəfələrlə şahidi olmuşuq ki, prezident daha qətiyyətli qərarlar qəbul edərək vəzifəsinin öhdəsinin gələ bilməyən yüksək vəzifəli məmurları işdən azad edib. Odur ki, uzun illərdən bəri eyni vəzifədə oturub korrupsiya və rüşvətxorluqla məşğul olan, xalqın və dövlətin əmlakını mənimsəyən vəzifə sahiblərinə qarşı mütləq tədbirlər görüləcəyi istisna olunmur. Qapılarını xalqın üzünə bağlayan, dövlətin və xalqın deyil, yalnız öz şəxsi mənafelərini düşünən vəzivəli şəxslərin əvəzlənəcəyi şübhəsizdir. Nəzərə almaq lazımdır ki, prezidentin bu cür addımlıarı xalqın hakimiyyətə inamını qaytarmaq baxımından da çox vacibdir. Eyni zamanda  təkcə nazirlərin deyil, digər vəzifəsindən sui-istifadə edən yüksək çinli məmurların da işdən çıxarılması və məsuliyyətə cəlb olunması xalq tərəfindən bəyənilir və dəstəklənir. Deməli, kard islahatlarının davamlı olması cəmiyyət tərəfindən bəyənilən addımdır. Məhz bu baxımdan dövlət strukturunda təmsil olunan hər kəs də bundan nəticə çıxarmalıdır. İstər dövlətin icra strukturlarında, istərsə də başqa strukturlarda çalışan hər bir kəs xalqın, dövlət başçısının etimadını daimi öz üzərində hiss etməli və Konstitusiya borcunu yerinə yetirməlidir. Ölkədə aparılan kadr islahatları onu göstərir ki, ölkə başçısı Azərbaycan dövlətçiliyinin idarə olunmasında son dərəcə qətiyyətlidir və  xalqının maraqlarına xidmət edir. Odur ki, hər kəs öz məsuliyyətini dərk etməli, dövlətə və xalqa sədaqətlə xidmət etməlidir.

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31