“Qafqazın Xirosiması” adlandırılan Ağdam şəhəri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında çox önəmli fikirlər səsləndirib.

Olaylar.az xəbər verir ki,  Ermənistanın 28  il ərzində işğal altında olan  torpaqlarımızı dağıdıb, qeyri - qanuni məskunlaşma aparıbar. Prezident  İlham Əliyev bu məslələri  də iclasda MDB dövlət başçılarının diqqətinə çatdırıb.

"Ağdama səfər edən xarici jurnalistlər onu "Qafqazın Xirosiması" adlandırlar. Amma bu, Xirosimadan da pisdir. Ağdam şüurlu və məqsədyönlü şəkildə işğaldan sonra dağıdılıb. Eləcə də Füzuli şəhəri, harda ki, Azərbaycan bayrağını asmaq üçün bir bina belə qalmayıb. Bütün kəndlər, şəhərlər yerlə yeksan edilib. Belə situasiyanı dünya bəlkə də, son 100 ildə görməyib" - deyə Prezident qeyd edib.

Prezident İlham Əliyev  düşmən tapdağında qalan Cəbrayıl şəhərinin də danışıb:

"Cəbrayıl şəhəri yoxdur. Qeyri-qanuni məskunlaşma aparılan yaşayış yerlərində, məsələn Kəlbəcərdə çıxmaq üçün verilmiş 20 gün ərizndə hər şey dağıdılıb və yandırılıb. Onlar öz tikmədikləri evləri də dağıdıblar"

Gülər Seymuqızı

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31