Ermənistanın yeni ərazilər işğal etmək planı suya düşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında çox önəmli fikirlər səsləndirib.

Olaylar.az xəbər verir ki, Prezident Ermənistanın uzun müddət müharibəyə başladığını ,Ermənistanın yeni ərazilər işğal etmək istədiyini  dövlət başçılarının diqqətinə  çatdırıb: 

ABŞ-da səfərdə olan Ermənistanın keçmiş müdafiə naziri bəyan etdi ki, Ermənistan yeni ərazilər uğrunda yeni müharibəyə hazırlaşır. Ermənistanın yüksək hərbi rütbəli şəxsinin bu bəyanatı Ermənistanın aqressiv siyasətinin mahiyyətini aydın şəkildə nümayiş etdirir. Görünür onlara bir milyondan artıq azərbaycanlıya yaşatıqları əzab az oldu, üstəlik yeni ərazilər işğal etmək istədilər. Bu, həm beynəlxalq hüquq, həm də insan mənəviyyatı baxımından yolverilməzdir.

Gülər Seymurqızı

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31