DÜŞMƏN DƏYİRMANIN SULAMA, POLAD!- Şöhlət Əfşar
18 Dekabr 2020 18:03 Siyasət"Azərbaycanın Rusiya Federasiyasındakı səfirinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin statusu ilə bağlı verdiyi şərh yersizdir və qəbulediməzdir. Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin rəhbərləri və digər rəsmi şəxsləri ölkənin rəsmi mövqeyinə və Prezident İlham Əliyevin yürütdüyü siyasətə zidd olan özbaşına açıqlamalar verməməlidirlər!"
HİKMƏT HACIYEV
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici Siyasət məsələləri şöbəsinin müdiri.
"...Azərbaycandan...zəng gələndə bədənimə titrətmə düşür. Ya kimsə.....,
hələ 40 ildir mən Moskvada yaşayıram oradan buraya bir dənə də yaxşı xəbər gəlməyib... Mənim o vaxt 3 gün toyum olmuşdu, 997 nəfər toyumda iştirak etmişdi. İndi mən 3-cü dəfədir ki, evlənmişəm məni hələ də toya çağırırlar... Biz Azərbaycanlıya rahatlıq yoxdur. Gecəmizi, günüzümüzü gözümüzü yumuruq "pul" deyə-deyə, gözümüzü də "pul" deyə-deyə səhər açırıq! Pul,pul,pul,pul.....
...Azərbaycanlılar öləndə can verə bilmir, ölənin ağzına pulu büküb basandan sonra canını tapşırır.
Bax, azərbaycanlı milləti belə bir millətdir..."
Polad Murtuza oğlu Məmmədov
Azərbaycanın RF-dakı səfiri.
Bu necə həvəsdir, bu necə çaba,
Hayıf, daşıdığın o məğrur ada...
Naxələf, tüpürüb yediyin qaba,
Özgə sinisini yalama, Polad!
Nəbadə, Bülbülün "oğluyam" demə,
Qulluq eləyirsən, söylə, sən kimə?
İt kimi ağzına gələni yemə,
Qudurub yiyəni dalama, Polad!
Başın oynayıbdı, sərsəmləyibsən,
Qanın xıltlaşıbdı, vərəmləyibsən.
Səy-səy, yerli-yersiz çərənləyib, sən,
Düşmən dəyirmanın sulama, Polad!
Kirlətmə, şərəfli Türkün soyunu,
Oynadın millətə çirkin oyunu.
Unudub Vətəni, öz quyruğunu,
Erməni önündə bulama, Polad!
Nədən, qapımıza sən daş atırsan?
Niyə, aşımıza suyu qatırsan?
Namusu, qeyrəti kimə satırsan?
Hər gün bayquş kimi ulama, Polad!
Gahgir yabı kimi yiyəni yıxıb,
Təlxəktək gah sağa, gah sola axıb,
Meymuntək dəridən, qabıqdan çıxıb...
Yadların ocağın qalama, Polad!
Ged, oxu "Şeyk"ini, öz keyfini çək,
Utan əməlindən, fitnədən əl çək!
Qotur, içi yara, xəstə danatək,
Vətən çəmənzarın bulama, Polad!