Sülhməramlıların yerləşdirilmə xəritəsi dəyişdi

Rusiya Müdafiə Nazirliyi Qarabağda sülhməramlıların yerləşdirilməsinin 17 dekabrda yeni xəritəsini dərc edib. Əvvəlki xəritə 15 dekabr tarixində yayımlanmışdı. "Olaylar" xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Laçın dəhlizi sülhməramlılar üçün ayrıca patrul zonası kimi ayrılıb. Əvvəlki xəritələrdə belə bir şey mövcud deyildi.

Yenilənmiş xəritəyə əsasən, Azərbaycan Ordusu Xocavənd şəhərinə daha da yaxınlaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31