Ermənilər yenidən revanşa can atır
17 Dekabr 2020 16:27 SiyasətErmənistanda ciddi cəhdlə noyabrın 10-da imzalanmış bəyanatı pozmağa yönəlik addımlar atılır, yenidən Azərbaycanla sərhəddə gərginlik yaratmağa çalışılır. Bir neçə gün əvvəl Hadrut istiqamətində erməni terrorçularının təxribat törətmək cəhdi bunun əyani sübutudur. İlk növbədə sözügedən təxribatın baş verməsində erməni terrorçuları, eyni zamanda onları himayə edən Ermənistanın bəzi siyasi dairələri məsuliyyət daşıyırsa, digər tərəfdən baş vermiş insdentdə Qarabağda sülhməramlı missiyanı yerinə yetirməyi qarşısına məqsəd qoymuş Rusiya da bir o qədər cavabdeh və məsuliyyətlidir. Çünki erməni terrorçularının Azərbaycan ərazilərindən təmizlənmısi missiyasını məhz Rusiya sülhməramlıları həyata keçirməlidir. Ancaq indiki halda biz tamamilə fərqli mənzərəni müşahidə edirik. Belə ki, Azərbaycanla Ermənistan arasında atəşkəsə nəzarət etməli olan Rusiya sülhməramlıları daha çox erməni terrorçularını himayə etməklə məşğul görünürlər. Əgər Rusiya sıühməramlıları zamanında Kəlbəcər, Laçın və Ağdamda dağıntılar törədən, 10 noyabr bəhanatına əsasən bu rayonlardan çıxan ermənilərin mülki obyektləri, evləri, hətta meşələri yandırmasına göz yummayıb onlara qarşı ciddi şəkildə ölçü götürsəydi, bu gün erməni terrorçuları meşələrə çəkilib Azərbaycan Ordusuna qarşı pusqu əməliyyatı qurmaq, əsgərlərimizə qarşı hücuma keçmək niyyətinə düşməzdi. Digər tərəfdən Rusiya süıhməramlılarının rəhbərinin separatçılarla isti münasibətləri, erməniləri bir növ qoltuğu altına alaraq onları mühafizə etməsi də işğalçı və terrorçuların əl-qolunun açılmasına təsir edən amillərdəndir.
Hazırkı situasiyada Ermənistanda siyasi gərginliyin artması fonunda Rusiya sülhməramlılarının himayəsi altında İrəvan ermənilərinin hər gün kütləvi şəkildə Xankəndiyə gətirilməsi və orada süni şəkildə erməni əhalinin sayının artırılması da sülhməramlıların qarşılarına qoyulan vəzifə deyil, erməni maraqlarına xidmət edən addımlar atdığını təsdiqləyir. Elə bütün bu səbəblərdən dolayıdır ki, artıq Azərbaycan cəmiyyətində indidən Rusiya süıhməramlılarına qarşı inamsızlıq hissi formalaşdırıb. Hətta cəmiyyətin bəzi üzvləri haqlı olaraq erməni terrorçuları və separatçılığa dəstək verən, onunla sıcaq görüntülər paylaşan Rusiya sülhməramlılarının rəhbərinin bir başqası ilə əvəzlənməsini istəyirlər. Hətta bununla bağlı siyasi təşkilatlar tərəfindən rəsmi səviyyədə müraciətin ünvanlanması da nəzərdə tutulur.
Elə Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov da cərəyan edən proseslərə nəzər yetirərək qeyd edib ki, son günlərdə Ermənistan rəhbərliyi və onun himayə etdiyi Xankəndidəki terrorçu erməni qruplaşması 10 noyabr üçtərəfli Bəyannaməsini pozmağa çalışır. Onun sözlərinə görə, Xocavənddə, Zəngilanda, Şuşa-Laçın istiqamətində meşələrdə gizlənmiş və ya guya "azmış" kimi təqdim edilən erməni silahlı qalıqları yenidən revanşa can atır: "Azərbaycan hərbçilərinə qarşı təxribatlar törədir, atəş açırlar. Özlərini azmış kimi göstərən və ya partizan kimi aparan bu erməni silahlı dəstələri xüsusən də Hadrut istiqamətində mövqelərini möhkəmləndiriblər və oradan Azərbaycanın istər mülki xidmət əməkdaşlarına, istərsə də hərbçilərimizə qarşı terror-diversiya hərəkətlərinə əl atırlar. Bu baxımdan, Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti tamamilə haqlı olaraq həmin ərazilərdə anti-terror əməliyyatı apardı. Ümumiyyətlə, bu son günlərdə Dövlət Təhlükəsizlik Xidməti və Müdafiə Nazirliyi erməni terrorçularına qarşı prinsipial mövqe nümayiş etdirir, ərazilərimizin terrorçulardan təmizlənməsi məqsədilə reydlər həyata keçirir. Biz bu qətiyyətli mövqeyi dəstəkləyirik. Belə də davam etmək lazımdır". Partiya sədri bildirib ki, əməliyyatlar zamanı əsir düşən, tutulan ermənilərlə hərbi əsir kimi yox, məhz terrorçu kimi, diversant kimi davranmaq vacibdir: "Çünki atəşkəs razılaşmasından sonra əlinde silah, Azərbaycan əsgərinə və mülki şəxslərimizə qarşı silahlı basqın etməyə cəhd göstərən hər hansı bir erməni hərbi əsir yox, terrorcudur. Dünya təcrübəsində də belədir. Odur ki, son günlər əsir düşən ermənilər 44 günlük müharibədə tutulan hərbi əsirlərdən fərqli olaraq Ermənistana təhvil verilməklə canlarını qurtara bilməzlər".
Füzuli
Olaylar.az