Naxçıvanla sərhədi Rusiyaya verməliyik – Abramyan
17 Dekabr 2020 14:44 SiyasətErmənistan Rusiya ilə yeni siyasi proses başlamalıdır.
Olaylar.az xəbər verir ki, bu sözləri Qarabağ separatçılarının liderinin keçmiş müşaviri Tiqran Abramyan deyib.
"Yaranmış situasiyada, xüsusilə, təhlükəsizlik məsələsində yeni təhdidlər peyda olub. Bunu Rusiya ilə dərindən müzakirə edib, vacib qərarlar qəbul etməliyik. Söhbət ilk növbədə Ermənistan sərhədlərinin müdafiəsindən gedir", - deyə o bildirib.
Abramyan Ermənistanın Naxçıvanla sərhədinin Ermənistan-Türkiyə sərhədi kimi Rusiyaya verilməli olduğunu deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31