Ermənilər bu məlumatları Bakıdan öyrənirlər – Bəyanat

Ermənistan cəmiyyəti baş verənləri ya Azərbaycan mənbələrindən, ya da Teleqram kanallardan öyrənir. Hökumət media terrorizmindən şikayət edir, lakin susmaq və ya yalan məlumatlar yaymaqla özlərinin media terroruna səbəb olduqlarını etiraf etmir.

Olaylar.az xəbər verir ki, bu barədə "Media Advokat" təşəbbüs təşkilatının bəyanatında qeyd edilib.

Bəyanatda dövlət qurumlarının vətəndaşlara hesabat verməyi dayandırdığı, eyni zamanda sərhəddəki vəziyyətin təfərrüatı barədə artıq ictimaiyyətə məlumat verilmədiyi bildirilib:

"İndiyə qədər hökumət Azərbaycanda nə qədər mülki və hərbi əsir olduğunu bildirməyib. Çaylaqqala və oradakı könüllülərlə (silahlı terrorçular nəzərdə tutulur - red.) bağlı ziddiyyətli xəbərlər aldıq. Hökuməti informasiya blokadasına son qoymağa çağırırıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31