“Rusiyada yaşayan varlı iş adamı…” - Kreml Paşinyanı Köçaryanla yox, onunla əvəzləyəcək
17 Dekabr 2020 13:26 Siyasət"Köçəryanın seçki yolu hakimiyyətə gəlməsi mümkünsüzdür".
Olaylar.az xəbər verir ki, bu sözləri açıqlamasında Paşinyanın dekabrın 31-də istefaya gedəcəyi və Rusiyanın Robert Köçəryanı yenidən iqtidara gətirəcəyinin nə dərəcədə real olduğuna aydınlıq gətirərkən politoloq Elxan Şahinoğlu deyib:
"Hazırda Robert Köçəryanın Ermənistanda nüfuzu aşağı səviyyədədir. Bu mənada Rusiya Köçəryanı hakimiyyətə gətirməkdə israrlı olsa, bunu ancaq bir yolla edə bilər - çevriliş yolu ilə. Digər yolla Ermənistan əhalisinin yenidən Köçəryan və yaxud Sarkisyana səs verəcəyinə inanmıram.
Ola bilsin, Köçəryan Moskvaya Kremllə məsələhətləşmək üçün gedir. Bununla Köçəryan erməni cəmiyyətinə həm də göstərmək istəyir ki, Putin onu müdafiə edir və guya hakimiyyətə gələ bilər. Lakin dediyim kimi, seçki yolu ilə onun iqtidara sahiblənməsi problematikdir.
Digər tərəfdən, E. Şahinoğlunun düşünür ki, Köçəryan hətta hakimiyyətə qayıtsa belə, bunun baş verən proseslərdən sonra yaranan Azərbaycan Ermənistan münasibətlərinə heç bir təsiri olmayacaq:
"Köçəryan yenidən müharibəyə başlayası deyil. Belədə, Köçəryan da üçtərəfli bəyanatı yerinə yetirmək məcburiyyətində qalacaq. Rusiya onu buna məcbur edəcək. Çünki Moskva özü də müharibənin davam etməsində maraqlı deyil. Bu həm də bölgədəki rus sülhməramlıları üçün təhlükə yarada bilər".
Həmsöhbətimiz onu da qeyd etdi ki, Paşinyan mətbuatın yazdığı kimi dekabrın sonlarında istefaya getsə, Rusiya onu Köçəryanla deyil, öz ölkəsində yaşayan erməni iş adamlarının birilə əvəzləməyə çalışacaq".(sfera)