“Dəmir yumruq” altında birləşən Azərbaycan əsgəri dünya hərb tarixində yeni cığır açdı

Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusu böyük tarix yazdı

Cəmi 44 günlük tarixi və möhtəşəm  Vətən Müharibəsi, "Dəmir yumruq" əməliyyatı ilə Ermənistan diz çökdürüldü, məğlub edildi, Azərbaycan xalqının Qarabağ nisgilinə, Qarabağ həsrətinə son qoyuldu. 44 günlük Müharibə ilə həm də status-kvo, təmas, cəbhə xətti darmadağın edildi, Dağlıq Qarabağ məhfumu aradan qaldırıldı. Ali Baş Komandanın qeyd etdiyin kimi, indi nə təmas xətti, nə status, nə də Dağlıq Qarabağ deyilən bir coğrafi məhfum var. Millət vəkili Ziyad Səmədzadə qeyd edib ki, müzəffər, qalib sərkərdə-ölkə Prezidenti cənab  İlham Əliyevin rəhbərlik etdiyi  şanlı və rəşadətli Azərbaycan Ordusu, igid, qəhrəman, cəsur Azərbaycan əsgəri böyük tarix, dastan yazdı. Azərbaycan əsgəri dünya hərb tarixinə yeni mərhələ gətirdi, yeni cığır açdı: "Bunu biz demirik, bunu ABŞ-ın, bunu Avropanın, Qərbin, NATO-nun, Rusiyanın  tanınmış hərbi mütəxəssisləri, hərbi ekspertləri deyirlər. Etiraf edirlər ki, Azərbaycan Ordusu, Azərbaycan əsgəri 44 günlük müharibə ilə bir çox hərbi qaydaları, reallıqları dəyişdirdi. Bəli, Azərbaycan Ordusu, Azərbaycan əsgəri buna da birdən-birə nail olmadı. Bunun üçün illər, on illiklər lazım gəldi. Buna Ulu Öndər Heydər Əliyevin 1993-ci ilin ağır günlərində ikinci dəfə hakimiyyətə gəlişi, ölkəni, Azərbaycanı parçalanmaqdan, dağılmaqdan, bölünməkdən xilas etməsi, ölkədə bütün sahələrdə,  xüsusilə, xaotik vəzyyətdə olan Silahlı Qüvvələrdə dəmir nizam-intizam yaratması, əsl Ordu quruculuğuna start verməsi ilə nail olundu. Qısa zaman kəsiyində biri-birini tabe olmayan, bir-birinin sözü eşitməyən hərbi birləşmələr, silahlı dəstələr, könüllülər batalyonları ləğv edildi və  hamısı Silahlı Qüvvələrə, Müdafiə Nazirliyinə, vahid komandanlığa tabe etdirildi. Peşəkar, nizam-intizamlı, hərb sənətinin bütün incəliklərinə malik olan yüksək səviyyəli Ordu yaradıldı. Azərbaycan hərççiləri, hərb sənətinə yiyələnmək istəyən gənc Azərbaycan övladları xarici ölkələrin, xüsusilə, son 32 ildə, Qarabağ münaqişəsi başlayan gündən daim yanımızda olan, öz təmənnasız dəstəyini nümayiş etdirən dost-qardaş Türkiyənin yüksək səviyyəli ali hərb məktəblərinə oxumağa, təcrübə keçməyə göndərildilər. Qısa zamanda da bu addımlar öz müsbət səmərəsini və töhfəsini verdi- istər 2016-ci ilin tarixi Aprel döyüşlərində, istərsə də 2018-ci ilin uğurlu  Cünnüt əməliyyatında. Azərbaycan Ordusu 2016-cı ildə elə bir peşəkarlıq, ustalıq, döyüş əzmi göstərdi ki, üstündən heç bir müddət keçməmiş Ermənistanda xaos yaranmağa başladı, qanlı, cinayətkar xunta rejimi, hərbi cani Kocaryanın davamçısı, Xocalı qatillərindən olan Sarkisyan hakimiyyətdən getmək məcburiyyətində qaldı. Bir an olsun belə yerində dayanmayan, gündən-günə güclənən, mətinləşən Azərbaycan Ordusu nəhayət, öz sözünü deməliydi və dedi. 2020-ci ilin iyul-Tovuz hadisələrindən başlanan yol, 29 sentyabr-9 noyabr tarixlərində yaşanan Dastan öz məntiqi sonluğuna, tarixi Qələbəyə və Zəfərə gətirib çıxardı. Həm də elə bir Qələbəyə və Zəfərə ki, 3 tarixi bölgəmiz-Kəlbəcərimiz, Ağdamımız, Laçınımız bir güllə atılmadan və bir Şəhid verilmədən ardıcıllıqla 21 günün içərisində azad edildi, 27-28 illik işğaldan qurtuldular".

Mİllət vəkilinin sözlərinə görə,  Prezident İlham Əliyev diplomatiyasının gücü, Ali Baş Komandanın uzaqgörən və müdrik siyasəti, "Dəmir yumruq" nəticəsində bunlar mümkünləşdi, namümkünlər bir andaca mümkünə çevrildi.  44 günlük Müharibə, tarixi Qələbə, möhtəşəm Zəfər həm də  igidlərimizin qanları, canları bahasına başa gəldi, 2800-ə yaxın Şəhid vedik, 1300-ə yaxın yaralımız var, 100-dən çox itkinimiz oldu: "Qələbə, Zəfər təəssüflər olsun ki, itkilərsiz  mümkün olmur. Bu, yazılmış və yazılmamış bir qanundur. Amma bir məsələ də var ki, onlar yüksək amallar uğrunda. Vətən, torpaq uğrunda canlarından keçdilər, fədakarlıq göstərdilər, Ölümsüzlüyə qovuşdular, Şəhidlik məqamına ucaldılar. Başımızın tacıdırlar, müqəddəs and yerimizdirlər. Azərbaycan yaşadıqca, var olduca, onlar da mənən, ruhən yaşayacaqlar. Müqəddəs ruhları qarışısında bir daha baş əyirik. Bəli, Qələbəmiz, Zəfərimiz həm də Azərbaycanın güclü iqtisadi inkişafı nəticəsində mümkün oldu. Çünki güclü iqtisadiyyata malik olmadan qüdrətli Orduya,  əzəmətli hərbi müdafiə sisteminə də malik olmaq mümkün deyil. Güclü Ordunun təməlində güclü iqtisadi baza dayanır. Ulu Öndərin açdığı, böyük neft strategiyası ilə başlanan yolla uğurlardan-uğurlara, nailiyyətlərdən-nailiyyətlərə doğru böyük məsafə qət edildi. Xüsusilə,  son 17 ildə, ölkə Prezidenti cənab İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan iqtisadiyyatı daha da inkişaf etdirildi, dünyaya Azərbaycan adlı iqtisadi inkişaf modeli təqdim edildi. Azərbaycan insanın maddi-rifah halı yükəldildi, dövlət hər zaman özünü vətəndaşının yanında hiss etdirdi, onu naumid qoymadı, sahibsiz buraxmadı və nəticədə də Azərbaycan Ordusu gücləndi, qüvvətləndi və 44 gündə öz sözünü dedi. Müharibənin başa çatmasından bir aydan bir qədər çox zaman keçsə də, biz hələ də o gözəl, duyğulu, sevincli hisslər altındayıq. Çünki 32 ildi ki, bunu, bu anları gözləyirdik. Buna haqqımız çatırdı, bunu sonunacan Haqq edirdik.  Biz Haqqımıza, Haqq etdiyimizə qovuşduq".

Onun sözlərinə görə, dekabrın 10-da isə ikinci bir Zəfər, Qələbə yaşandı: "Sözlərlə, kəlmələrlə ifadəsi belə mümkün deyil. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə dekabrın 10-da "Zəfər paradı"nın keçirilməsinə qərar verildi və həmin gün Bakıda, Azadlıq meydanında möhtəşəm paradın şahidi olduq. Son 29 ildə, ümumiyyətlə, İkinci Dünya Müharibəsindən, 1945-ci ilin 9 mayından sonra çox paradların şahidləri və iştirakçıları olmuşuq.  Yeri gəlmişkən, 2018-ci ilin 26 iyununda-Azərbaycan Ordusunun yaranmasının 100 illiyində və 2018-ci ilin 15 sentyabrında-Bakının erməni işğalından azad edilməsinin 100-cü ildönümündə paytaxtımız Bakıda paradlar keçirildi. Dünya həmin günlərdə Azərbaycanın bütün mənalarda gücünə şahidlik etdi, xüsusilə də, qardaş və dost Türkiyənin hərbçilərinin həmin paradlarda iştirakı, Türkiyənin cümhurbaşqanı cənab Rəcəb Tayyib Ərdoğanın nitqi, birlik və bərabərlik mesajlarının verilməsi  çox böyük tarixi-siyasi hadisə idi. Amma dekabrın 10-da keçirilən parad başqa bir parad, böyük Qələbə, Zəfər paradı idi.  Bundan sonra, xüsusilə, hər ilin 8 noyabrında-Zəfər günündə və 26 iyun tarixlərində-Milli Ordu günündə növbəti paradlara şahidlik edəcəyik, amma 2020-ci ilin 10 dekabr "Zəfər paradı"nın bir daha təkrarı, oxşarı, bənzəri olmayacaq. O, bir daha olmayacaq və təkrarlanmayacaq. O, bir Tarix idi və Tarixə də öz damğasını, möhürünü, Azərbaycan xalqının sevincini, Azərbaycan dövləti və ordusunun gücünü, əzəmətini həkk etdirdi. Üstündən bir neçə gün keçsə də, hələ də çoxları kimi, həyəcanlıyam və qürurluyam. Çünki həyəcanlanmamaq, qürurlanmamaq mümkün, əldə deyil. 10 dekabr tarixində bizi sevənlər də, sevməyənlər də, xüsusilə, düşmən və onun havadarları da bir daha Azərbaycanın gücünə, qüdrətinə şahidlik etdi, bütün gözlər bizdə idi, bizə-Azərbaycana zillənmişdi. Həmçinin, daim yanımızda olan, bir an bizi tək buraxmayan qardaş və dost Türkiyənin hərbçilərinin, Türk əsgərlərinin, Türkiyə siyasi elitasının, xüsusilə, Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın "Zəfər paradı"nda iştirakı bu ali tədbiri daha da əzəmətli etdi, daha da rövnəqləndirirdi. "Zəfər paradı" zamanı həm Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyev, həm də onun dəvətini qəbul edib, parada təşrif buyuran Türkiyə Prezidenti cənab  Rəcən Tayyib Ərdoğan çox möhtəşəm və tarixi çıxış etdilər, nitq söylədilər, bir daha Azərbaycan-Tükiyə dostluq və qardaşlığının əbədiliyinin, sarsılmazlığının mesajını verdilər. Bu günə bir, həmrəy olduqlarını, bundan sonra da birgəliklərini, bir olacaqlarını bütün dünyaya duyurdular. Dost da eşitdi, düşmən də. Hər kəs bildi ki, biz Ulu Öndərimizn dediyi kimi, "İki dövlət, bir millətik",  dahi Mustafa Kamaı Paşa Atatürkün dediyi kimi, "Azərbaycanın kədəri Tükiyənin kədəri, Azərbaycanın sevinci Türkiyənin sevincidir".  Bunun əksi olmayıb, mümkün deyil, bundan sonra da mümkün olmayacaq".

Zəka

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31