İspaniya mətbuatında erməni vandallığı ifşa edildi

İspaniyanın tanınmış Madrid jurnallarında erməni separatizminə qarşı yeni məqalələr dərc olunub.

Azərbaycan - İberoamerika Düşüncə Mərkəzinin sədri Mahir Qurbanovun İspaniyada və Meksikada dərc olunan məqalələrində, ermənilərin Azərbaycan ərazisində törətdiyi ekoloji terror, vandalizm və vəhşiliklər haqqında bəhs olunur.

Sözügedən məqalələrdə Azərbaycanın multikultural dövlət olduğu və müxtəlif etnik qrupların ölkəmizdə qədim dövrlərdən etibarən sülh və firavanlıq içərisində yaşadığı, eyni zamanda erməni işğalı nəticəsində xeyli sayda insanın məcburi köçkün və qaçqın olması, o cümlədən ermənilərin Şuşada, Kəlbəcərdə, Füzulidə və digər işğaldan azad olunmuş ərazilərimizdə ekoloji, mədəni cinayətlər törədib, məscid, kilsə və digər abidələrimizə çoxlu sayda ziyan vurduqları qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31